08/09/2020

Aptek911-slide2.png (838 KB)Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bankın plastik kart sahiblərinə verilən imkanları genişləndirməyə davam edir.

Beləliklə, “Aptek 911” tərəfindən PAŞA Bankın bütün kart sahiblərinə sığorta resepti üzrə dərman alışında 5% bonus təklif edilir. Dərmanlar sığorta resepti əsasında verilirsə, aptek müştərilərinə rahat olan ünvana pulsuz çatdırılma xidmətini də təklif edir. Saat 14:00-dan əvvəl edilən sifarişlər 15:00-18:00 aralığında, saat 14:00-dan sonra edilən sifarişlər isə növbəti gün çatdırılır.

Beləliklə, artıq bütün aptekləri şəxsən gəzməyə və dəyərli vaxtınızı sərf etməyə ehtiyac qalmayacaq: «Aptek 911» dərmanları ən qısa müddətdə, bütün dərman daşınma şərtlərinə uyğun olaraq çatdırılacaq. «Aptek 911» ilə əlaqə saxlamaq üçün: (050) 777 0 911.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.