17/08/2020

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Private Banking-in Müştərisi olmaq istəyən şəxsləri yeni kampaniya təklifindən yararlanmağa dəvət edir.

Yüksək keyfiyyətli, beynəlxalq səviyyəli xidmət və məhsullar, innovativ təkliflər, yüksək səviyyəli xidmət PAŞA Private Banking-ə qoşulan Müştərilərin ixtiyarında olacaq.

Kampaniya çərçivəsində Private Banking Müştərisi olmaq üçün 100.000 USD/EUR yox, 100.000 AZN ekvivalentinə qədər vəsait yerləşdirmək kifayətidir. Eyni zamanda yeni Müştərilərə bütün dünyada xüsusi üstünlüklərə malik olan premial MasterCard və ya VISA Gold kartı hədiyyə olunacaq.

Yerləşdirilən vəsaitin həcmini (ilkin yerləşdirilən valyutadan asılı olaraq 100.000 USD/ EUR qədər çatdırılması üçün 1 il möhlət müddəti verilir. Müştərinin vəsaiti qismində Bankda olan ümumi balansı (depozit, cari və qızıl hesablarının qalığı və s.), həmçinin PAŞA Capital vasitəsi ilə əldə olunan qiymətli kağızların dəyəri çıxış edir.

Kampaniyanın müddəti: 17.08.2020-31.12.2020

Qeyd edək ki, PAŞA Private Banking-in xidmətlərinə yüksək gəlirli fiziki şəxslərə bankçılıq, investisiya, ölkədaxili və ölkədən kənar vergi idarəçiliyi, maliyyə və qeyri-maliyyə xidmətlərinin göstərilməsi daxildir.