11/08/2020

PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, əməkhaqqı kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.
Belə ki, Belə ki, PAŞA Bank tərəfindən buraxılan MasterCard əməkhaqqı kartlarının bütün sahibləri üçün mövcud olan geniş bonuslar və üstünlüklərə biri daha əlavə olundu. İlin sonunadək keçirilən kampaniya çərçivəsində PAŞA Bankın MasterCard əməkhaqqı kartlarının sahibləri məşhur MEGOGO interaktiv TV portalından bir ay ərzində ödənişsiz istifadə etmək fürsətini əldə edirlər.

30 günlük pulsuz girişi aktivləşdirmək üçün müvafiq promo-kodu əldə etmək kifayətdir. Bunun üçün “MEGOGO” sözü SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməlidir. Kampaniyada aktiv mobil nömrəsi Bank sistemində qeyd olunan bütün PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri iştirak edirlər. Bir müştəri bu imkandan bir dəfə istifadə edə bilər. Promo-kodların sayı məhduddur.

MEGOGO interaktiv TV xidmətinin kataloquna 5000-dən çox bədii film və serial daxildir. Portal haqqında ətraflı məlumat: https://megogo.net/