11/08/2020

PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, əməkhaqqı kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.
Belə ki, PAŞA Bank tərəfindən buraxılan VISA əməkhaqqı kartlarının bütün sahibləri üçün mövcud olan geniş bonuslar və üstünlüklərə biri daha əlavə olundu. İlin sonunadək keçirilən kampaniya çərçivəsində PAŞA Bankın VISA əməkhaqqı kartlarının sahibləri “Rahat-Yol” şirkətinin xidmətlərindən istifadə etmək üçün təqdim olunan kartları 20% endirimlə əldə edə bilərlər.

“Rahat-Yol” kartlarını əldə edən Müştərilər, yolda baş verən müxtəlif gözlənilməz hallar yarandıqda seçilmiş kateqoriyadan asılı olaraq nəqliyyat vasitəsinin nasazlığı, benzin tədarükü, təkər təmiri və digər səyyar xidmətlərdən istifadə edə bilərlər.

Kampaniyadan yararlanmaq üçün müvafiq promo-kodu əldə etmək kifayətdir. Bunun üçün “RAHATYOL” sözü SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməlidir. Kampaniyada aktiv mobil nömrəsi Bank sistemində qeyd olunan bütün PAŞA Bank VISA əməkhaqqı kart sahibləri iştirak edirlər.
Bir müştəri bu imkandan bir dəfə istifadə edə bilər. Promo-koddan istifadə edərək ödəniş etmək üçün keçid: https://e-pul.az/epay/category/other/rahat_yol. Promo-kodların sayı məhduddur.
“Rahat-Yol” şirkətinin təklif etdiyi xidmətlər və kartlar haqqında ətraflı məlumat: https://www.rahat-yol.az/