18/05/2020
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Koronavirus pandemiyası dövründə hüquqi şəxslər və fərdi sahibkarlara dəstək göstərməyə davam edir. Belə ki, hazırda nağdsız ödәniş xidmәtlәrinin stimullaşdırılması vә bu xidmәtlәr üzrә xәrclәrin azaldılması mәqsәdilә keçirilən dəstək kampaniyası çərçivəsində biznes sahibləri aşağıda qeyd olunan əməliyyatların standart tariflərinə 50% endirim əldə edir:

  • Ölkədaxili manatla köçürmələrin faiz hissəsinə;
  • POS-terminal üzrə ekvayrinq tariflərinə

Kampaniya 30.09.2020-ci il tarixinədək qüvvədədir.

Qeyd edilməlidir ki, kampaniya AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər planı”nın icrası çərçivəsində AR Mərkəzi Bankı tərəfindən işlənib hazırlanmış dəstəkləyici tədbirlər paketinə uyğun olaraq həyata keçirilir.