Çap

Bülleten

PAŞA Bankın MasterCard sahibləri üçün onlayn alış-veriş daha sərfəlidir!

PAŞA Bankın MasterCard sahibləri üçün onlayn alış-veriş daha sərfəlidir!

Kampaniya çərçivəsində PAŞA Bankın kart sahibləri onlayn mağazalarda MasterCard kartı ilə ödəniş etdikdə 35%-dək endirim əldə edə bilər. Kampaniyada adı qeyd olunmuş onlayn mağazalar iştirak edir: Farfetch, Yoox, The Hut, Lookfantastic, Zavvi, Myprotein, IWOOT, AllSole, Mankind.

Farfetch dəbsevərlər üçün mövcuddur. O, individuallığa güc verən və qlobal miqyasda yaradıcılarıvə istehlakçıları birləşdirən lüks bir rəqəmsal ticarət məkanıdır. Kampaniyada Mastercard Gold, Platinum, World, World Black Edition, World Elite və Business kartları ilə ödəniş etmək mümkündür. Endirim yalnız seçilmiş brendlərə şamil olunur. Sayt üzərindən edilən sifarişlərə 10% endirim tətbiq olunur.

YOOX - moda, dizayn və incəsənət ilə bağlı dünyanın aparıcı onlayn həyat tərzi mağazasıdır. Minimum xərc olduğu halda 15% endirim tətbiq olunur. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. Saytda qeydiyyat tələb olunur. Kampaniyada yalnız endirimsiz məhsullar iştirak edir.

TheHut.com - Ted Baker, Joseph Joseph, Barbour və s. kimi çox sevilən markalardan keyfiyyətli kolleksiyalar təqdim edən aparıcı lüks bir onlayn mağazadır. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. Minimum xərc olmadan 10% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

Lookfantastic - 660-dan çox yüksək keyfiyyətli brendləri toplamaqla özünü fantastik hiss etməyə, olmağa və görünməyə kömək edən gözəllik markalarının ən geniş seçimini təklif edir. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. Minimum xərc olmadan 20% endirim tətbiq olunur.Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

Zavvi - film, TV, musiqi və komiks mədəniyyətinin qovuşduğu yerdir. Pop-mədəniyyətini bütün izzəti ilə qeyd edən Zavvi çox sayda rəsmi lisenziyalı geyim, kolleksiya əşyaları və ən son film və televiziya buraxılışlarına malikdir. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. £10 məbləğədək endirim əldə etmək mümkündür. Minimum xərc olmadan 10% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

Myprotein - Avropanın 1 nömrəli aparıcı idman qidası markasıdır. 70-dən çox ölkədə fəaliyyət göstərərək əlavələr, protein tozları, vitaminlər və yüksək proteinli qidalar və qəlyanaltılar da daxil olmaqla keyfiyyətli məhsullar və idman geyimləri istehsal edir və təqdim edir. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. Minimum xərc olmadan 35% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

IWOOT = I Want One of Those (Mən onlardan birini istəyirəm) adlı mağaza maraqlı hədiyyələr, texnoloji alətlər, oyuncaqlar, geyim və ev avadanlıqları üzrə ixtisaslaşmış aparıcı onlayn hədiyyə satışı şirkətidir. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. £10 məbləğədək endirim əldə etmək mümkündür. Minimum xərc olmadan 15% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

AllSole.com - kişi, qadın və uşaq üçün ayaqqabı nümayişi kolleksiyaları üçün onlayn məkandır. AllSole ən son idman ayaqqabılarından tutmuş orijinal klassik ayaqqabılaradək hər bir əlamətdar hadisə üçün müxtəlif ayaqqabılar təqdim edir. Bütün MasterCard kartları ilə ödəniş etmək mümkündür. Kampaniyada yalnız endirimsiz məhsullar iştirak edir. Minimum xərc olmadan 10% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

Mankind - özünə qulluq etməkdən və hətta bunu göstərməkdən çəkinməyən müasir kişilər üçün nəzərdə tutulub. Mankind yüksək keyfiyyətli saç formullarından tutmuş ən yaxşı dəriyə qulluq məhsullarına qədər bütün baxım ehtiyaclarını təmin edir. Bütün Mastercard kartları ilə ödəniş etmək mümkündür. Minimum xərc olmadan 20% endirim tətbiq olunur. Bu təklif başqa təkliflərlə birgə istifadə oluna bilməz.

https://www.pashabank.az/bulletin,1551/lang,az/