06/03/2020

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədi ilə “Visa Inc.” Beynəlxalq kart təşkilatının dəstəyi ilə 1 mart 2020-ci il tarixindən etibarən stimullaşdırıcı lotereyaya start verib.

2020-ci ilin mart və aprel ayları ərzində keçiriləcək lotereya dövründə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində mal və xidmətlərə görə minimum 5 AZN məbləğində ödənişi VISA kartları ilə POS-terminallar üzərindən həyata keçirən müştərilər avtomatik olaraq lotereyada iştirak şansı qazanır.

Ümumilikdə iki tiraj üzrə 300 nəfərin qalib olacağı lotereyada 100 AZN məbləğində uduş kart sahibinin hesabına “cashback” şəklində daxil ediləcək.

Kampaniya 30 aprel 2020-ci il tarixinədək davam edəcək.