03/03/2020

856A7986.jpg (801 KB)Ölkənin aparıcı korporativ bankı PAŞA Bank əməkhaqqı kart layihəsi ilə bağlı təşviqatı xarakterli tədbirləri mütəmadi olaraq həyata keçirir.

28 Fevral 2020-ci il tarixində PAŞA Bankın Fərdi Bankçılıq departamentinin nümayəndələri əməkhaqqı kart layihəsinə qoşulan bir sıra şirkətlər ilə görüş təşkil etmişdir. Tədbirdə ən çox yeni əməkhaqqı kartları sifariş edən şirkətlərin nümayəndələri mükafatlandırılmışdır. SOCAR Petroleum, Beer Art MMC, Marine Plaza MMC şirkətləri qaliblərin arasında yer almışdır.

Mükafatlandırma mərasiminin sonunda PAŞA Bankın əməkdaşları iştirakçıların suallarını cavablandırdı, həmçinin PAŞA Bank tərəfindən həyata keçirilən yeni kampanilayalar haqqında məlumat təqdim etdi.