27/02/2020

PAŞA Bankın Premium kart sahibləri üçün limitsiz FastLine keçidi
PAŞA Bankın VISA Platinum və VISA Infinite kart sahibləri 1 iyun 2020-ci il tarixinədək Heydər Əliyev Beynəlxalq Aeroportunda “FastLine” xidmətindən pulsuz və limitsiz yararlana bilər.

Xidmətə aşağıdakı imtiyazlar daxildir:
- Uçuş üçün sürətli qeydiyyat proseduru
- Sürətli baqaj təhvili və təhlükəsizlik yoxlanışı
- Gediş və gəliş zamanı pasport nəzarətindən növbəsiz keçid

1 iyun 2020-ci il tarixindən sonra VISA Platinum kart sahibləri “FastLine” xidmətindən il ərzində iki dəfə, VISA Infinite kart sahibləri isə limitsiz sayda faydalana bilərlər.