Çap

Bülleten

“PAŞA Bankın əməkhaqqı kartı ilə ödə, Skoda Superb avtomobili qazan!” ilk elektron lotereyasına start verildi

Nağdsız ödənişlərin stimullaşdırılması lotereyası

Sentyabrın 1-dən PAŞA Bank öz əməkhaqqı kart sahibləri üçün Azərbaycanda ilk elektron lotereyanın keçirilməsinə start verir. “PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!” adlı loterey nağdsız ödənişlərin həcminin artırılması məqsədi ilə həyata keçirilir. PAŞA Bank əməkhaqqı kart sahibləri hər 10 AZN və ekvivalentində digər valyutada həyata keçirdikləri nağdsız ödənişlər müqabilində lotereyada 1 iştirak şansını əldə edə biləcəklər.

Lotereyanın uduş fondunun oynanılması 4 tirajla həyata keçiriləcək və hər tirajda 15 nəfər təsadüfi seçim yolu ilə qalib elan ediləcək. Qaliblər səyahət kuponları və digər qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Sonuncu tirajda isə bütün lotereya müddətində qazanılmış şanslar arasından təsadüfi seçim yolu ilə seçiləcək bir nəfər qalibə “SKODA SUPERB” avtomobili hədiyyə olunacaq.

Lotereyada qeydiyyatdan keçmək üçün əsas şərtlərdən biri kart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunun və əməkhaqqı kartının son 4 rəqəminin SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməsidir. 

Lotereya 31 dekabr 2019-cu il tarixinədək davam edəcək. Lotereya şərtləri ilə aşağıdakı keçidə istinad edərək daha ətraflı tanış ola bilərsiniz: https://lottery.pashabank.az

https://www.pashabank.az/bulletin,1440/lang,az/