27/02/2019

Həyatın Yaşam Sığortası məhsulu əsasında təqdim edilən kredit paketləri üzrə dəyişikliklər aşağıdadır: 

Sektor Əmək haqqı
(vergiyə cəlb olunan gəlir)
Şəhadətnamənin buraxılma tarixi Kredit Paketi
(Köçürülən sığorta haqlarının nisbəti)
Neft-qaz və Dövlət Gəlir<=2500 Tarix >= 01.04.2018 48%-dək
Gəlir > 2500 42%-dək
Qeyri-dövlət Gəlir<=8000 Tarix < 01.04.2018 78%-dək
Gəlir > 8000 68%-dək
Gəlir<=8000 Tarix >= 01.04.2018 55%-dək
Gəlir > 8000

Mövcud kredit paketinizi dəyişmək istədiyiniz halda bizə PAŞA Bank Mobil bank əlavəsi vasitəsilə ilə müraciət edə bilərsiniz.

Mobil əlavə vasitəsilə sorğunun qəbulu aşağıda qeyd olunan şəkildə aparılır: 

  • “Xidmət Sorğuları” bölümünə daxil olursunuz;
  • “Digər” xidmət sorğusunu seçirsiniz;
  • “Digər” xidmət növünü seçirsiniz;
  • Şəxsiyyət vəsiqənizin hər iki üzününün şəklini çəkib yükləyirsiniz;
  • Şərhlər bölməsində cədvəldən seçdiyiniz kredit paketini və sənədlərin imzalanması üçün yaxınlaşacağınız filialı qeyd edirsiniz.

Sorğunuzla bağlı 3 iş günü ərzində Sizinlə əlaqə saxlanılacaqdır.