07/03/2018


Hörmətli Müştəri,

Məlumat üçün bildirmək istərdik ki, PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılması layihəsinə start vermişdir.

Bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinə və nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaqdır.

Layihə çərçivəsində Bakıda və regionlarda fəaliyyət göstərən 7 Gömrük Idarəsində POS-terminallar quraşdırılmışdır, yaxın gələcəkdə isə ölkə ərazisində olan bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulmuşdur. Bu POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərinin kart vasitəsi ilə həyata keçirilməsi mümkün olacaq.

Xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlər, o cümlədən PAŞA Bank müştəriləri olan “Korporativ” və “Gömrük” kartlarına malik hüquqi şəxslər bu POS terminal şəbəkəsi vasitəsi ilə rüsumları və vergiləri rahat şəkildə ödəməklə daha sərfəli tariflərdən faydalanacaqdır.

Onu da qeyd edək ki, PAŞA Bank əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün rüsum və digər müvafiq vergilərin sürətli ödənişlərinin həyata keçirilməsi üçün müştərilərinə xüsusi kart – “Gömrük” kartı təqdim edir. Kartın istifadəsi müştərilərimizə gömrük ödənişləri üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar verir.