Depozit kartı PAŞA Bankda depozit yerləşdirən müştərilərə dividentlərin ödənişi üçün istifadə olunur. Depozit kartı kimi hədiyyə olaraq Visa Classic/MC Standard təqdim edilir. Hədiyyə kartının müddəti isə depozitin müddətindən asılı olaraq 1 illik (3-12 aylıq depozitlər üçün), 2 illik (13-24 aylıq depozitlər üçün) və 3 illik (min. 25 aylıq depozitlər üçün) ola bilər.