Depozit təminatı ilə verilən güzəşt müddətli kredit kartı ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kart ilə nağd pul vəsaiti çıxarmaq imkanını təqdim edir. Kartla əməliyyatlar həyata keçirərkən 40 günədək (növbəti ayın 10-na) güzəşt müddəti əldə edir.

Kredit xətti 5000 AZN/USD/EUR-dək olduqda Visa Classic/MC Standard, 5000 AZN/USD/EUR-dən yuxarı olduqda isə Visa Gold/MC Gold kartı hədiyyə verilir. Hədiyyə kartının müddəti isə depozitin müddətindən asılı olaraq 1 illik (3-12 aylıq depozitlər üçün), 2 illik (13-24 aylıq depozitlər üçün) və 3 illik (min. 25 aylıq depozitlər üçün) ola bilər.