Qaranlıq rejim

ZİRVƏLƏRƏ DOĞRU. BİRLİKDƏ.

BİZ KİMİK?

2007-ci ildə təsis edilmiş ölkənin aparıcı korporativ maliyyə institutu

Biz qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən digər sahələrə xidmət göstəririk.

Bank, Azərbaycanda iri investisiya holdinqi olan “PAŞA Şirkətlər Qrupu”na daxildir və korporativ bankçılıq, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə olunması, eləcə də kiçik və orta sahibkarlıq üçün əsas maliyyə xidmətlərini təklif edir.

STRATEJİ BAXIŞ

Bankın strateji baxışı müstəsna xidmət, qabaqcıl məhsullar və müştəri yönümlü yanaşma ilə bankçılığın yeni üfüqlərinin kəşfinə çıxaraq Azərbaycanın aparıcı bankına iqtisadi tərəqqini öhdələnərək çevrilməkdir.

MİSSİYAMIZ

  • Müştəri yönümlü yanaşma, keyfiyyətli məhsullar və qabaqcıl texnologiyalar üzərindən müştərilərimizi yeni zirvələrə yüksəltmək
  • Ən bacarıqlı kadrları cəlb edib qoruyaraq və liderliyi gücləndirərək, inkişafı təmin edib, yeni istedadlar dövrünə təkan vermək
  • Bugünkü və gələcək nəsillər üçün mədəni, sosial və ekoloji təşəbbüslər vasitəsilə maliyyə dayanıqlılığını inkişaf etdirmək
  • Dayanıqlı biznes mühiti və təşkilati şəffaflığı təmin edərək yeni imkanlar üzərindən səhmdarlara ən yüksək dəyər qazandırmaq

ÖNCƏ MÜŞTƏRİ

PAŞA Bank-da hər bir məhsulun, prosesin və yanaşmanın təməlində bir prinsip dayanır: müştəri mərkəzli düşüncə. Bu, bizim üçün sadəcə xidmət göstərmək deyil — diqqətlə dinləmək, dərinliklə anlamaq və hər ehtiyaca fərdi yanaşmaq deməkdir. Biz standart həllərlə kifayətlənmirik. Fərqlilikləri nəzərə alır, şablonlardan deyil, səmimi dialoqlardan başlayırıq.

Bankçılığa yalnız maliyyə xidməti kimi yanaşmırıq. Bu, bizim üçün birgə düşünmək, birgə böyümək və uzunmüddətli dəyər yaratmaqdır. Qarşılıqlı etimada əsaslanan hər əməkdaşlıq zamanla sabit və dayanıqlı bir təmələ çevrilir — və biz bu təməl üzərində birlikdə zirvələrə doğru irəliləyirik.

DƏYƏRLƏRİMİZ

BEYNƏLXALQ REYTİNQ

Bankın maliyyə sabitliyi, risklərin idarə olunması və öhdəliklərinin vaxtında yerinə yetirilməsi S&P Global Ratings tərəfindən müəyyən olunur. Bu beynəlxalq reytinq bankın güclü maliyyə göstəricilərə, etibarlı fəaliyyətə və dayanıqlı inkişaf strategiyasına malik olduğunu təsdiqləyir.

Fevral, 2026Uzunmüddətli "BB-" / qısamüddətli "B"
Standard & Poor's
Fevral, 2026Bankın uzunmüddətli yerli və xarici valyutada depozit reytinqi – “Ba2”
Moody’s Ratings

MÜKAFATLARIMIZ

202520242023
Azərbaycanın ən yaxşı bankıEuromoney 2025
Best Private BankGlobal Finance
Azərbaycanın ən yaxşı bankıInternational Investor
“Tap to Phone” texnologiyası və “PASHA Private Banking” müştəriləri üçün xüsusi kartların təqdimatıVisa beynəlxalq ödəniş sistemi
Korporativ sosial məsuliyyətAzərbaycan Banklar Assosiasiyası (ABA)
Maliyyə savadlılığı dəstəkçisiAzərbaycan Banklar Assosiasiyası (ABA)
Təhsil dəstəkçisiAzərbaycan Banklar Assosiasiyası (ABA)
Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqiAzərbaycan Banklar Assosiasiyası (ABA)
Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)Azərbaycan Banklar Assosiasiyası (ABA)

DAYANIQLI İQTİSADİYYAT VƏ YAŞIL GƏLƏCƏK

Bizim üçün dayanıqlı gələcək təkcə məqsəd deyil — məsuliyyətdir. Biz yaşıl təşəbbüsləri dəstəkləyir, ətraf mühitin qorunması və karbon neytrallığına keçid üçün real addımlar atırıq. Kənd təsərrüfatında, enerjidə və nəqliyyatda etdiyimiz sərmayələr bu istiqamətdəki öhdəliyimizin göstəricisidir.

Eyni zamanda, inanırıq ki, sosial dəyişikliklər də uzunmüddətli inkişafın ayrılmaz hissəsidir. Gənclərin potensialını gücləndirmək və sahibkarların maliyyə savadlılığını artırmaqla, birlikdə daha davamlı bir sabaha addımlayırıq.

YAŞIL DÜNYAYA KEÇİD

Təmiz hava, yaşıl şəhərlər və sabit iqtisadi gələcək — bu, yalnız arzularımız deyil, fəaliyyətimizin əsas məqsədlərindəndir.

Yaşıl gündəmi dəstəkləyən təşəbbüslərlə önə çıxır, maliyyənin gücünü daha təmiz və dayanıqlı bir sabaha yönəldirik. İnanırıq ki, bu istiqamətdə atdığımız hər bir addım yaşıl iqtisadiyyatın qurulmasına və daha yaşıl gələcəyin formalaşmasına xidmət edir.

Bu günü dəyişmək, sabahı qorumaq üçün bir sıra mühüm layihələrə dəstək verdik. Hər biri ölkəmizin ekoloji davamlılığına və iqtisadi çevikliyinə töhfə verməyi hədəfləyir.

10MLN

AZN – Geotermal enerji sahəsində qızdırılan rezervuar layihəsinə maliyyə dəstəyi

32MLN

AZN – Kənd təsərrüfatında səmərəliliyi artırmaq üçün suvarma sistemlərinə yatırım

11.5MLN

EUR – Dayanıqlı nəqliyyata dəstək olaraq 50 CNG və 5 elektrik avtobusu üçün yatırım

SOSİAL MƏSULİYYƏT

İnanırıq ki, cəmiyyətin güclənməsi yalnız maliyyə ilə deyil, yanaşma, dəyər və birgə məsuliyyət hissi ilə mümkündür.

2009-cu ildən sosial, mədəni və maliyyə savadlılığı təşəbbüslərimiz real ehtiyaclara cavab verir, daha balanslı və uzunmüddətli gələcəyin əsasını qoyur. Bir vaxtlar sadəcə dəstək kimi görünən bu layihələr, bu gün cəmiyyətlə qurulan dayanıqlı tərəfdaşlıqlara və strateji təsirə çevrilib.

Qarşımızda yollar çoxdur, biz isə birini seçmişik — dəyərə aparan, iz qoyan və gələcəyə uzanan. Bu yol yalnız uğura deyil, daha böyük bir məqsədə — zirvəyə aparır.

ZİRVƏLƏRƏ
DOĞRU.
BİRLİKDƏ.