İnnovativ həll yollarını Agile komandamızla birgə ərsəyə gətirin

  • PAŞA Bank fəxrlə insan kapitalına yatırım edir, çünki bizim Uğur Hekayəmizi məhz insanlarımız yazır.

  • PAŞA Bank fərqlilik və dəyişikliklərə açıq olan imkanlar yaradır. Burada Sizin fikirlənizə hörmət olunur və lazımi dəyər verilir.

  • Bizim iş mühitimizin bünövrəsini dostluq, səmimiyyət, güvən və birlik təşkil edir. Çünki, PAŞA Bankın önəm verdiyi dəyər Sizin iş və şəxsi həyatdan eyni dərəcədə zövq almağınızın vacibliyidir.

  • Burada neçə saat işlədiyinizə deyil, ekspertizanıza və ümumi işə necə dəyər qatdığınıza qiymət verilir. Bizim Agile idarəetmədə necə və harada işləməyinizi Siz sərbəst şəkildə təyin edirsiniz.

Agile nədir?

Agile yüksək texnologiyalar və rəqəmsallığın hökm sürdüyü müasir dövrün tələb etdiyi yeni idarəetmə və iş üslubudur. Ancaq Agile qaydalarla işləyən, açıq fikirli və bilik və innovasiyalara əsaslanan şirkətlər bu dövrün yüksək rəqabətliliyinə tab gətirib, inkişaf edə bilirlər. PAŞA Bank 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində təkmilləşmiş rəqəmsal kanallar, rəqəmsal satış kanalları və daxili potensialın inkişafına start vermişdir. Yeni strateji dövrün sonunadək, hədəfimiz bank əməliyyatlarının 90%-ni Təkmilləşmiş Rəqəmsal Kanallar (ADC) vasitəsi ilə həyata keçirməkdir. Qarşıda duran bu mühüm vəzifəni yerinə yetirmək üçün PAŞA Bank tez bir zamanda Agile üsuluna keçid prosesinin təməlini qoymuşdur.

Niyə məhz Agile?

  • Agile komandalar müstəqil şəkildə işləməklə əsil komanda ruhunu yaşayaraq duyurlar
  • Texnologiya və Agile alətlərin köməyi ilə işçilər vaxta daha effektiv nəzarət edə bilir və beləliklə, iş və şəxsi həyat balansını qoruyurlar
  • Agile yanaşma işgüzar, səmərəli və enerji dolu iş mühitinin təminatçısıdır
  • Şirkət daxilində səlahiyyətlərin bərabər bölüşdürülməsi, ağıllı iş yerinin təşkili (smart) və innovativ idarəetmə üsulları işçilərin həm əhval-ruhiyyəsini həm də məhsuldarlığını artırır
  • Agile daim təkrarlanan və tədricən artırılan iş və layihələrin idarəetmə vasitəsidir;
  • Ən üst səviyyə keyfiyyətə malik xidmət və məhsullar çevik qaydada planlaşdırılır, tərtib olunur və sınaqdan keçərək ərsəyə gəlir
  • Agile riskləri optimallaşdırır, vaxta və büdcəyə qənaət edir, qoyulmuş investisiyanın qayıtmasını sürətləndirir
  • Agile üçün müştərilər hər zaman ən vacib amildir-ehtiyaclar mütəmadi olaraq araşdırılır və məsələlər vaxtında öz həllini tapır
  • Agile şirkətlər müştərilərlə ideyalar, məhsul və xidmətləri müştərək şəkildə formalaşdırırlar
  • Agile çevik biznes əməlyyatlarının həyata keçirilməsini və rəqəmsal vasitələrlə daha effektiv müştəri əlaqələrinin təminatçısı olduğu üçün məmnuniyyət hər zaman yüksəkdə olur

Biz kimik?

Azərbaycanın ilk rəqəmsal bankı

PAŞA Bankın himayəsi altında ölkənin ilk rəqəmsal bankının qurulmasında iştirak edin

Rəqəmsal sahənin istedadlı mütəxəssisləri üçün ən yaxşı inkişaf imkanları

Ən yaxşı yerli və beynəlxalq ekspertlərdən öyrənin

“Agile”, “design thinking” və.s kimi müasir metodlara uygun məhsulları ərsəyə gətirin

Ən müasir proqram dilləri, texnologiyalar və alətlərdən istifadə edin

Agile iş mədəniyyəti

Dəyişikliyə daim hazır, bürokratiyadan uzaq və nəticələrə yönəlik iş mədəniyyəti

Xüsusilə rəqəmsal iş mühiti üçün hazırlanmış, əsrarəngiz dəniz panoramalı ofis

Azərbaycanın ilk rəqəmsal bankı
Rəqəmsal sahənin istedadlı mütəxəssisləri üçün ən yaxşı inkişaf imkanları
Agile iş mədəniyyəti

Vakansiyalar

Digital Products

circle
Product ownerAgile Coach

Digital Design

circle
UX/UI Designer