PAŞA Bank
İçindəki
Daimi ödəniş tapşırığı
Daimi ödəniş tapşırığı xidməti müştərinin Banka təqdim etdiyi xüsusi ödəniş tapşırığı əsasında mütəmadi şəkildə təkrarlanan ödənişlərin ödəyicinin hesabından vəsaitlərin alan tərəfin (tərəflərin) xeyrinə Bank tərəfindən silinməsidir.
Daimi ödəniş tapşırığı müştərini təkrarlanan ödəniş tapşırıqlarını hər dəfə yenidən hazırlamaqdan və Banka təqdim etməkdən azad edir və vaxtdan qənaətlə istifadə etməyə imkan verir.
Daimi ödəniş tapşırığı Bankın müştərilərindən - büdcə təşkilatlarından, kommersiya və qeyri-kommersiya təşkilatlarından, ictimai birliklərdən, sahibkarlardan və eləcə də fiziki şəxslərdən qəbul edilir.
Daimi ödəniş tapşırığı sifarişini yerinə yetirmək ücün Bankın biznes mərkəzlərindən birində Müştəri Xidmətinin əməkdaşlarına müraciət edə bilərsiniz.
Bu xidmət haqda daha ətraflı məlumatı (994 12) 496 50 00 nömrəli telefonla PASHA Bankla əlaqə saxlamaqla əldə edə bilərsiniz.

