Likvidliyin idarə olunması məqsədilə "PAŞA Bank" ASC-də "Likvidliyin İdarəolunması Siyasəti" işlənib-hazırlanmışdır. Bu Siyasət Bankda aşağıdakı proseduraların reqlamentləşdirilməsinə xidmət edir:
• Gündəlik likvidliyin idarə olunması;
• Cari likvidliyin idarə olunması;
• Struktur likvidliyinin idarə olunması.
Likvidliyin idarə olunması aşağıdakı prinsiplərə əsaslanır:
• Likvid aktivlərin aşağı gəlirliyi və ya resursların yüksək dəyəri nəticəsində gəlirlilik və likvidlik arasında yaranan konflikt resursların dəyərindən və likvid aktivlərin gəlirliyindən asılı olmayaraq aşağıda təsvir olunan proseduralara əsasən həll olunur.
• Likvidlik proqnozu bazarın, borcalanların və borcverənlərin vəziyyəti və Bankın likvidliyinə təsir edən digər amillərlə bağlı olan mənfi ssenarilər nəzərə alınmaqla aparılır.
• Likvidlik proqnozu bazar kotirovkasına malik Bank tələblərinin ticarət portfelinə keçirilməsi və sonrakı 3-5 iş günü ərzində cari bazar dəyərindən endirim edilməklə satılması imkanı nəzərə alınmaqla aparılır.
• Likvidliyin ölçülməsi üçün aşağıdakı valyutalar ayrılır: "Azərbaycan manatı", "ABŞ dolları", "Avro" və özünə digər valyutalarda ifadə olunan Bank alətlərini daxil edən "Digər valyutalar". Likvidlik təhlili hər bir valyuta üzrə ayrılıqda və bütün valyutalar üzrə birgə eyni üsulla aparılır.
• Likvidlik proqnozu tələb olunana qədər qüvvədə olan Bank öhdəliklərinin rotasiyası və bu cür passivlərin şərti-sabit hissəsinin olması üzrə fərziyyələr nəzərə alınmaqla aparılır;
• Likvidlik proqnozu əhalinin müddətli əmanətlərinin, o cümlədən vaxtından əvvəl tələb etmənin mümkün olduğu (qanunvericiliklə və ya razılaşma əsasında) öhdəliklər üzrə vaxtından əvvəl qaytarılma imkanı nəzərə alınmaqla aparılır.
Likvidliyin idarə olunması prosedurasının daxili və xarici faktorlarının uyğunluğu əsasında Bankın likvid aktivlərdə tələbatını aşağıdakı şəkildə təsnifləşdirmək olar:
- Həddindən artıq likvidlik;
- Normal likvidlik;
- Likvidlik böhranı təhlükəsi;
- Likvidlik böhranı.
Bankın likvid aktivlərdə tələbatından asılı olaraq müvafiq metodikaya əsasən likvidliyin idarə olunması üzrə məsuliyyət sahələri və məqsədlər seçilir.
Likvidliyin idarə olunması proseduraları stabil daxili və xarici vəziyyət şəraitində aşağıdakı dövriliklə həyata keçirilir:
- gündəlik likvidliyin idarə olunması;
- cari likvidliyin idarə olunması;
- struktur likvidliyinin idarə olunması.
Bankın likvidliyinin idarə olunmasının qiymətləndirilmə meyarı Bankın "Normal likvidlik" vəziyyətində olma müddətidir. Bankın "Həddindən artıq likvidlik", "Likvidlik böhranı təhlükəsi" və "Likvidlik böhranı" vəziyyətinə keçmə faktları likvidliyin idarə olunması keyfiyyətinin qiymətləndirilməsi nöqteyi-nəzərindən mənfi qəbul olunur.
Bank likvidliyin itirilməsi riskini öz ödəniş mövqeyinin qiymətləndirilməsi və təhlili, maliyyələşmə mənbəyindən asılı olaraq kapital qoyuluşları istiqamətində aktiv əməliyyatların limitləşdirilməsi, likvidlik göstəricilərinin faktiki dərəcəsinin və dinamikasının və Bank tərəfindən qəbul olunan risklərin həcminin təhlili, o cümlədən Bankın tələb və öhdəlikləri üzrə gecikmələrin təhlili vasitəsilə həyata keçirir.
"PAŞA Bank" ASC-nin likvidliyinin qorunması, mümkün zərərlərin qarşısının alınması və gözlənilməz hallar yarandıqda likvidliyin bərpa olunmasına istiqamətlənən tədbirlər planı işlənib hazırlanmış və İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur. Likvidlik üzərində müntəzəm nəzarət Risklərin İdarəedilməsi Departamenti tərəfindən Bankın aktiv və passivlərinin ödəmə tarixinə qalmış müddəti üzrə aylıq təhlili əsasında həyata keçirilir. Bankın Müşahidə Şurasının likvidlik üzərində nəzarəti bu Siyasətdə göstərilən qaydada hazırlanan rüblük hesabatların nəzərdən keçirilməsi, həmçinin "Likvidlik böhranı təhlükəsi" və "Likvidlik böhranı" halında operativ məlumatlandırılması ilə aparılır.
Bank likvidliyi və öz fəaliyyəti haqqında məlumatları açıqlamaq üçün aşağıdakı mənbələrdən istifadə edir:
- kütləvi informasiya vasitələri, o cümlədən dövri mətbuatda və informasiya agentliklərinin elektron resurslarında elan;
- Bankın maliyyə vəziyyəti haqqında məlumatların, o cümlədən illik hesabatların, mənfəət və zərərlər haqqında hesabatların və normativlərin, Bankın həyatında baş verən hadisələrin onun internet-serverində əks olunması;
- müxbir banklar və kontragentlərlə maliyyə vəziyyəti haqqında məlumatların aylıq mübadiləsi.
http://www.pashabank.az/static,66/lang,az/