Likvidlik

“PAŞA Bank” ASC-də  likvidliyin idarə edilməsi məqsədi ilə “Likvidliyin idarə edilməsi Siyasəti” işlənib-hazırlanmışdır. Siyasət aşağıdakı prosedurların nizama salınmasını nəzərdə tutur:
- gündəlik daxili likvidliyin idarə olunması;
- cari likvidliyin idarə olunması;
- struktur likvidliyin idarə olunması.

Likvidliyin idarə olunması prosedurları aşağıdakı prinsiplərə əsaslanır:
- mənfəətlilik və likvidlik arasında, o cümlədən likvid aktivlərin az gəlirliliyi, və ya resursların yüksək dəyəri üzündən meydana çıxan maraqların toqquşması, resursların dəyərindən və likvid aktivlərin gəlirliliyindən asılı olmayaraq, aşağıda qeyd olunmuş prosedurlara müvafiq olaraq həll olunur;
- likvidlik vəziyyətinin proqnozu bazarın vəziyyəti ilə, debitorların, kreditorların vəziyyəti ilə və Bankın likvidlik vəziyyətinə təsir göstərən digər faktorlarla əlaqədar hadisələrin Bank üçün neqativ inkişafı ssenarilərinin nəzərə alınması ilə aparılır;
- likvidlik vəziyyətinin proqnozu Bankın bazar qiymətinə malik tələblərinin ticarət portfelinə köçürülməsi və 3-5 iş günü ərzində mövcud bazar qiymətinə diskontla növbəti realizasiyası nəzərə alınmaqla aparılır;
- likvidliyin qiymətləndirilməsi üçün aşağıdakı valyutalar ayrılır: “Azərbaycan manatı”, “ABŞ dolları”, “Avro” və Bankın maliyyə alətlərini özündə əks etdirən, başqa valyutalarda göstərilən “Digər valyutalar”. Likvidlik analizi hər valyuta üzrə ayrılıqda və bütün valyutalar üzrə birlikdə analoji qaydada keçirilir;
- likvidlik vəziyyətinin proqnozu Bankın öhdəliklərinin “tələb olunan” müddətə rotasiyası barədə fərziyyə və passivlərin həmin növündə şərti-müəyyənləşdirilmiş hissənin mövcudluğu nəzərə alınmaqla aparılır;
- likvidlik vəziyyətinin proqnozu əhalinin təcili əmanətlərinin vaxtından əvvəl tələb olunması imkanının, eləcə də, vaxtından əvvəl tələb olunmanın nəzərdə tutulduğu (müqavilədə və ya qanunvericiliklə) digər öhdəliklərin nəzərə alınması ilə aparılır.

Likvidliyin idarə olunması prosedurlarında, xarici və daxili faktorların uyğunlaşdırılması əsasında, likvid aktivlərə tələbat baxımından Bankın vəziyyətinin aşağıdakı təsnifatı müəyyən edilir:
- «Artıq likvidlik»
- «Normal likvidlik»
- «Likvidliyin böhran təhlükəsi»
- «Likvidliyin böhranı».

Tərtib olunmuş xüsusi metodikaya əsasən, Bankın likvid aktivlərə tələbat baxımından vəziyyətindən asılı olaraq, likvidliyin idarə olunması üzrə məsuliyyət zonalarına və tapşırıqlara ayrılır.

Stabil xarici və daxili mühit şəraitlərində likvidliyin idarə olunması prosedurları aşağıdakı dövrilik üzrə həyata keçirilir:
- gündəlik daxili likvidliyin idarə olunması — gündəlik;
- cari likvidliyin idarə olunması — hər həftə;
- struktur likvidliyin idarə olunması — hər ay.

Bankın likvidliyinin idarə olunmasının qiymətləndirilməsi meyarı Bankın “Normal likvidlik” vəziyyətində qalmasının sürətlilik müddətidir. Bankın, likvidliyin idarə olunması keyfiyyətinin qiymətləndirilməsi məqsədləri ilə “Artıq likvidlik”, “Likvidliyin böhran təhlükəsi”, “Likvidliyin böhranı” vəziyyətlərinə çatması neqativ hallar kimi xarakterizə edilir.

Bankın Müşahidə Şurası tərəfindən likvidlik vəziyyətinə nəzarət, hazırkı Siyasətə Əlavələrə müvafiq olaraq, məlumatların hər rübdə təqdim olunması, “Likvidliyin böhran təhlükəsi” və “Likvidliyin böhranı” hallarında Bankın Müşahidə Şurasının operativ məlumatlandırılması ilə həyata keçirilir.

Bankın likvidlik vəziyyəti barədə informasiyanın və öz fəaliyyəti barədə məlumatların açıqlanması üçün Bank aşağıdakı mənbələrdən istifadə edir:
- kütləvi informasiya vasitələrində, o cümlədən analitik-informasiya agentliklərinin mətbu nəşrlərində və elektron mənbələrində elanlar;
- İntranetdə məlumatların və hadisələrin dərc edilməsi;Bankın internet-serverində Bankın maliyyə vəziyyəti, o cümlədən saldo-dövriyyə cədvəlləri, gəlirlərə və itkilərə aid hesabatlar və normativlər barədə informasiyanın yerləşdirilməsi;
- hər ay müxbir-banklarla və kontragentlərlə maliyyə vəziyyəti barədə məlumat mübadiləsi.

Maliyyə fəaliyyətinin nəticələri və perspektivlər

25.06.2010

PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir. ...>>>