PAŞA Bank
İçindəki
Hüquqi risklər
Bank aşağıdakı məqsədlər üçün hüquqi risklərin idarəetmə sistemini təşkil edir:
- öz fəaliyyətinin legitimliyinin bütün sahələrdə təmin olunması;
- sazişlər bağlayarkən və müqavilə şərtlərini yerinə yetirərkən öz qanuni maraqlarına əməl etməsinin təmin olunması;
- Bank və onun işçilərinin qarşılıqlı münasibətlərində qanuni əsasların təmin olunması, əmək qanunvericiliyinə, işgüzar etika normalarına və korporativ etikaya Bank və onun işçiləri tərəfindən riayət olunması.
Hüquqi risklərin idarəetmə sisteminin yaradılmasının əsas vəzifələri aşağıdakılardır:
- hüquqi risklərin idarəolunmasının vahid qaydada təşkili;
- hüquqi risklərin baş verməsinin qarşısını ala biləcək bütün bölmə və işçilərin hüquqi risklərin idarəetmə prosedurlarına cəlb olunması;
- Bankın hüquqi sferada maraqlarının yerinə yetirilməsi üçün mühüm və kifayət olan hüquqi risklərin aşkar olunması, qiymətləndirilməsi və nəzarət üzrə vahid prinsiplərin müəyyən olunması.
Hüquqi riskləri idarəetmə sisteminin təşkili üzrə əsas baza prinsiplərinə aşağıdakılar daxildir:
- hüquqi riskin müvafiq səviyyəsinin (kredit təşkilatının maliyyə sabitliyinə və onun kreditorları və əmanətçilərinin maraqlarına təhlükə törətməyən səviyyə) aşkar olunması, qiymətləndirilməsi və hüquqi risk səviyyəsinin, möhkəmləndirilmiş qaydada monitorinqinin (daimi müşahidə) müəyyən olunması;
- hüquqi riskin müvafiq səviyəsinin saxlanılması, o cümlədən riskə nəzarət və (və ya) minimallaşdırılması daxil olan kompleks tədbirlərin işlənib hazırlanması;
- hüquqi risk məsələləri üzrə məlumat təminatı qaydalarının nizama salınması (bölmələr və işçilər arasında məlumat mübadiləsi qaydası, hüquqi risklərin idarəetmə məsələləri üzrə hesabat və digər məlumatların təqdim olunması qaydası və davamlılığı və sair);
- distansiyalı bank xidməti, o cümlədən internet-bankinq xidməti göstərən, bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi üzrə yeni texnologiyaların və şəraitlərin, digər maliyyə innovasiyaları və texnologiyaları hazırlayarkən və tətbiq edərkən, yeni bazarlara çıxarkən, hüquqi riskləri idarəetmə qaydalarının müəyyən olunması;
- Müşahidə Şurası, icra orqanları, bölmələr və işçilər arasında hüquqi risklərin idarəetmə üzrə əsas prinsiplərin həyata keçirilməsi sahəsində səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi;
- hüquqi riskin idarəolunmasının effektivliyinə nəzarətin həyata keçirilməsi qaydasının müəyyən olunması.
Şərh olunan prinsipləri nəzərə almaqla, Bank hüquqi risk səviyyəsinin azaldılması üzrə aşağıdakı kimi üsullardan (metodlardan) istifadə edir:
- bank əməliyyatlarının və digər sövdələşmələrin standartlaşdırılması (qaydalar, prosedurlar, əməliyyat və sazişlərin həyata keçirilməsi texnologiyaları, müqavilələrin bağlanması);
- standartlaşdırılmış əməliyyat və sövdləşmələrdən fərqlənən, Bank tərəfindən bağlanmış müqavilələrin və aparılan əməliyyat və digər sövdələşmələrin Hüquq şöbəsi ilə razılaşdırılması (uyğunlaşdırılması) üzrə daxili qaydanın müəyyən olunması;
- hüquqi risk amillərinin (istər məcmu halında, istərsə də onların təsnifi nöqteyi-nəzərindən) Bankın fəaliyyət göstəricilərinə təsirinin təhlili;
- daimi olaraq Azərbaycan Respublikasının qanunvericiliyində, Bankın ərazisində əməliyyatlar apardığı və ya əməliyyatları aparmağı planlaşdırdığı ölkələrin qanunvericiliyindəki dəyişiklərin monitorinqi;
- hüquqi riskin aşkar olunması, təsnifatı və qiymətləndirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi;
- Bankın Hüquq şöbəsinin vahid icra orqanına tabe olması;
- Hüquqi xidmətin əməkdaşlarına, onların ixtisasının daimi artırılmasını təmin edən vəzifə yüklərinin optimallaşdırılması;
- maksimum miqdarda işçilərin qanunvericiliyə dair aktual məlumatları əldə etməsinin təmin olunması;
- işçilərin fəaliyyətlərinin hüquqi risk səviyyəsinə təsirindən asılı olaraq onların həvəsləndirilməsi;
- mümkün itkilər üzrə ehtiyatların yaradılması;
- hüquqi risklərin sığortalanması, o cümlədən mülkiyyət hüququnu itirmə riskinin sığortalanması.
Hüquqi risklərin idarəetmə sistemi Bank tərəfindən üç mərhələdə təşkil olunur:
- ilkin;
- cari;
- sonrakı.
İlkin mərhələdə, Bankın müqavilə münasibətlərinə daxil olmasına qədər hüquqi risklərin baş verməsinin qarşısını almaq üzrə inzibati, təşkilati və maliyyə tədbirləri üzrə sistem təqdim edir. Bu sistemə həmçinin Bankın işçiləri tərəfindən qanun pozuntularına yol verilməməsi üzrə kompleks tədbirlər daxildir.
Cari mərhələ, baş vermiş risklərin aşkar olunması, təhlili və qiymətləndirilməsi, eləcə də hüquqi riskin səviyyəsinin cari monitorinqindən ibarətdir.
Sonrakı mərhələ isə risklərin baş verməsinə səbəb olan sistemin təşkilindəki çatışmazlıqların təhlilindən, onun optimalaşdırılması üzrə tövsiyyələrdən və onun effektivliyinə nəzarətdən ibarətdir.
Riskin baş verməsinin qarşısını almaq məqsədilə Bank aşağıdakı tədbirləri görür:
- Bank maraqların toqquşmasını və keyfiyyəti idarəetmə risklərini istisna edən şəffaf və məqsədyönlü idarəetmə modelini formalaşdırır.
- Bank vəzifə təlimatlarında və (və ya) bölmələr haqqında Nizamnamədə təhkim olunan səriştəsiz və (və ya) əsassız fəaliyyətlərdən yayınmaq məqsədilə öz əməkdaşlarına qarşı ixtisas tələbləri müəyyən edir. Ixtisas tələbləri, o cümlədən Bankın rəhbərləri, əməkdaşları və Hüquq şöbəsi üçün təyin olunur.
- Bank işçilərin arasından əvvəllər qanun pozuntusu törətmiş şəxsləri, eləcə də cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən şəxsləri kənarlaşdırmaq məqsədilə, Bank işçilərinin ilkin yoxlamasını aparır.
- Bank, xüsusi hüquqi proqramların yaradılması yolu ilə hüquqi məlumatlara daxil olma sistemini təmin edir və həmin sistemin istifadəçiləri (işləri məhz həmin sistemlə bağlı olanlardır) və onlar həmçinin Hüquq şöbəsinin işini təmin etmək üçün lazımi hüquqi-sorğu məlumatları əldə edir.
- Müştərilərin, ilk növbədə isə, kredit təşkilatlarının yüksək risk səviyyəsilə bank əməliyyatları və digər sövdələşmələr apardığı müştərilərin identifikasiyası və öyrənilməsi Proqramı, və mənfəət əldə edənlərin müəyyən olunması və identifikasiyası Proqramı Bank tərəfindən hazırlanıb və həyata keçirilib. Hüquq şöbəsi müştərilərin identifikasiyası ilə məşğul olan məsul şəxslərə hüquqi dəstəyi həyata keçirir.
- Bank öz işində “Müştərini tanı” və “Əməkdaşını tanı” prinsiplərini qəbul edir və onlardan istifadə edir.
- Bank hesabat verməli olan rəhbərləri və işçiləri və onların cavabdehliyini müəyyən edir, təsis və daxili sənədlərdə nəzərdə tutulan səlahiyyətlərə uyğun olaraq bank əməliyyatlarının və digər sövdələşmələrin aparılmasına dair qərarların qəbul edilməsi qaydalarını müəyyən edir; həmin qayda elə müəyyən olunur ki, bank fəaliyyətlərinin bütün mərhələlərində maraqların toqquşmasının qarşısı alınsın.
- Bank maraqlarının hüquqi müdafiə tələblərinə cavab verən standart müqavilə və sazişlərin hazırlanması, razılaşdırılması və təsdiq olunması sistemi Bank tərəfindən təşkil olunur.
- Bank müəyyən olunmuş hallarda aparılan əməliyyatların Hüquq şöbəsi ilə razılaşdırılması üzrə tələbləri müəyyən edir.
- Bank əməliyyatları və digər sövdələşmələr apararkən fəaliyyətin xüsusiyyəti və miqyaslarını nəzərə almaqla, o cümlədən cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə daxili nəzarətin həyata keçirilməsi qaydası, Bank tərəfindən müəyyən olunur.
- Bank öz işçiləri üçün, onların ixtisas səviyyəsi və vəzifə dərəcəsindən asılı olaraq, həvəsləndirmə qaydalarını müəyyən edir; bu zaman onların hüquqi risklərin idarəetmə proseduralarına cəlb olunma dərəcəsi nəzərə alınır.
- Oğurluq və sui-istifadə hallarına yol verməmək məqsədilə, Bank məhdudlaşdırıcı tədbirlər görür (qiymətli əşyalar saxlanılan yerə girişin məhdudlaşdırılması, müvafiq işçilər ilə tam maddi cavabdehliyə dair müqavilələrin bağlanması, təhtəlhesab vəsaitlərin verilməsinə limit və s).
- Bank qanunverici bazadakı dəyişikliklərə cari nəzarəti həyata keçirir və daxili normativ sənədlərin vaxtında dəyişdirilməsi, həmçinin dəyişiklik barədə məlumatların öz işçilərinə çatdırılması işini təşkil edir. İşçilərin qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırılması, qanunvericilik bazasının dəyişiklilərinin qısa xülasəsini daxil etməklə elektron paylama sisteminin təşkili yolu ilə, daimi olaraq Hüquq şöbəsi tərəfindən həyata keçirilir.
- Bank onun haqqında ortaya çıxan bütün məlumatların, onun işgüzar imicinə təsirinin qiymətləndirilməsi məqsədilə, monitorinqini həyata keçirir, həmçinin həmin məlumatların hüquqi qiymətləndirlməsini aparır.
- Bank onun ünvanına gəlmiş iradların hüquqi qiymətləndirməsini həyata keçirir və özünün qanuni maraqlarının qorunması üzrə lazımi tədbirlər görür.
- Bank daim işçilərinin öz vəzifə öhdəliklərinə riayət etməsinə nəzarət edir, qiymətli əşyaların mühafizə olunmasına cari nəzarəti müəyyən edir – yol verilmiş oğurluq və sui-istifadə hallarının vaxtında aşkar olunması məqsədilə, vəsaitlərin təhtəlhesab verilməsinə və materialların xərclənməsinə nəzarət və təftiş olunması (inventarlaşdırma).
Maliyyə fəaliyyətinin nəticələri və perspektivlər
25.06.2010
PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir. ...>>>

