PAŞA Bank
İçindəki
Kredit riskləri
Kredit ehtiyatlarının daha effektiv şəkildə yerləşdirilməsinin təmini prosesində risklərə nəzarət edilməsi məqsədi ilə “PAŞA Bank” ASC öz fəaliyyətində xüsusi işlənib hazırlanmış Kredit Siyasətini rəhbər tutur. Bankın Kredit Siyasətinin başlıca məqsədi pul vəsaitlərinin, minimal risk halında maksimum gəlir əldə etmək imkanı verən, eyni zamanda Bankın zəruri likvidlik səviyyəsini saxlamaqla, səmərəli və effektiv yerləşdirilməsindən ibarətdir.
Kredit Siyasəti kredit fəaliyyətinin məqsədlərini və prioritetlərini, onların realizasiyası üçün vəsaitləri və metodları müəyyən edir, kredit əməliyyatlarının təşkili və nəzarəti prinsiplərini, qaydasını əhatə edir.
Bankın Kredit Siyasətinin müәyyәnedici faktoru, borcların əsas məbləğinin və onlara aid faizlərin ödənilməməsi risklərinin azaldılması şərti ilə, kredit məhsullarının verilməsinin forma və metodlarının ən geniş seçimi şəraitində müştərilərin borc vəsaitlərinə tələbatlarının ödənilməsinə istiqamətləndirməkdən ibarətdir.
Bankın əsas diqqəti risklərə nəzarətin aşağıdakı prioritetlərinin müəyyən edilməsinə yönəlmişdir:
- Keyfiyyətli aktivlər
- Gəlir münasibətləri
- Kredit portfelinin keyfiyyətini yüksək səviyyədə saxlanılması ilə bərabər stabil artması.
Ehtiyatların ən yaxşı şəkildə yerləşdirilməsinə nail olmaq məqsədi ilə Bank aşağıdakı meyarlara riayət edir:
- Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri
- bankın missiya və korporativ strategiyası (o cümlədən yüksək etik standartların gözlәnilmәsi)
- bankın kredit mədəniyyəti
- təhlükəsizlik və ağıllı ehtiyatlılıq, yəni, yalnız qanuni və risk baxımından səmərəli sövdələşmələrdə iştirak
Bu məqsədlərə nail olmaq üçün Bank kredit portfeli qarşısında orta və uzunmüddətli strateji tələblər irəli sürür. Bu tələblər riskin strateji istiqamətləndirilməsinə və bank üçün münasib olan risk səviyyəsinə müvafiqdir. Bu strateji tələblərin müəyyən edilməsi zamanı hәrtәrәfli analiz aparılır, sonra isə onların gəlirlilik və risk səviyyəsi nəzərə alınır. Strateji tələblər vaxtaşırı gözdən keçirilir və zəruri olduqda onlara düzəlişlər və əlavələr edilir.
Kredit verilməsi prosesinə cəlb olunmuş hər bir bank əməkdaşının qarşısında fəaliyyətin Kredit Siyasəti çərçivəsində təmini vəzifəsi durur. Bütün kredit ərizələri bu ardıcıllıqla gözdən keçirilir: keyfiyyət, gəlirlilik, portfel artımı.
Bankın qəbul etdiyi kredit risklərini, Mərkəzi Bankın tələblərinin, eləcə də, bank fəaliyyətinin kredit risklərinin idarə olunmasının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərin və standartların və bank nəzarəti üzrə Bazel komitəsinin tövsiyələrinin nəzərə alınması ilə minimallaşdırmaq məqsədi ilə, Bank kredit risklərinin idarə olunmasını aşağıdakı əsas prinsiplərə müvafiq olaraq həyata keçirir:
- Kredit fəaliyyəti sahəsində səlahiyyətlərin bölüşdürülməsi
- Kredit portfelinin diversifikasiyası
- Kredit portfelinin monitorinqi
- Mümkün zərərin ödənilməsinə uyğun ehtiyatların yaradılması.
Bankda borc alanların standart qiymətləndirilməsi vasitəsi kimi, daxili reytinq qiymətləndirilmə sistemi işlənib hazırlanmışdır. Müştərilər üzrə müxtəlif məlumat, aktivlərin keyfiyyətinin və Bankın kredit portfelinin bölünməsinin yaxşı anlaşılması üçün, Bank tərəfindən müxtəlif idarəetmə səviyyələrində istifadə olunur.
Öz fəaliyyəti ərzində Bank, mümkün zərərin müəyyən etmək məqsədi ilə kreditlərin müntəzəm şəkildə qiymətləndirilməsini həyata keçirir. Kredit aktivi üzrə qiymətdən düşmənin obyektiv əlamətləri aşkar edildiyi halda, Bank beynəlxalq standartların tələbləri, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qaydaları və öz daxili normativlərinə uyğun olaraq, mümkün zərərin ödənilməsinə müvafiq ehtiyatları yaradır.
Kredit əməliyyatları portfeli strukturunda neqativ tendensiyalar aşkar edildiyi təqdirdə, Bank kredit siyasətinin və risklərin idarə olunması siyasətinin qüvvədə olan əsas prinsipləri çərçivəsində, kredit fәaliyyәtinin tənzimlənməsi üzrə operativ tədbirlər görür.
Verilən kreditlərin ədalətli dəyərinin müəyyənləşdirilməsi zamanı bank müvafiq resursların cəlb edilməsi üzrə xərcləri, eləcə də, Bankın kreditin araşdırılması, rəsmiləşdirilməsi və aparılması üzrə əlavə xərcləri və müvafiq komissiyaların, kredit əməliyyatının risk potensialını nəzərə almaqla münasib gəlir əldə edilməsi zərurətinə əsaslanır.
Bankın Kredit Siyasətinə və resursların yerləşdirilməsi ilə əlaqədar konkret bank əməliyyatlarına nəzarət Bankda mövcud olan ümumi daxili nəzarət sistemi çərçivəsində həyata keçirilir. Bununla yanaşı, əsas nəzarətedici orqanlara daxili bölmələr aiddir (Kredit Komitəsi, Kreditlərə nəzarət şöbəsi, Maliyyə Menecmenti Departamenti, eləcə də, Daxili Audit Departamenti).
Kredit riski səviyyəsinin və onun yönəldilməsinin, kreditlərin verilməsi, idarə olunması və nəzarəti üzrə tələblərin, eləcə də, kredit portfelinin və qeyri-balans öhdəliklərinin keyfiyyətinin əks etdirilməsi üçün Bankda adekvat Menecment Məlumat Sistemi (MMS) yaradılıb. MMS kredit portfelinin məzmunu və strukturu üzrə informasiyanı təqdim edir və müəyyən edilmiş limitlərə əməl olunmasına nəzarət edir, bununla da risklərin toplanmasını azaldır. MMS, hәmçinin Bankın kreditlərin verilməsi prosesində iştirak edən səlahiyyətli əməkdaşlarını və rəhbərlərini kredit riski göstəricilərinin müәyyәn edilmiş limitlərə (maksimum kritik nöqtə) yaxınlaşdığı barədə məlumatlandırır. MMS İdarə Heyətini mövcud keyfiyyət meyarlarının planlaşdırılmış meyarlara uyğunsuzluğu barədə vaxtında və vaxtaşırı xəbərdar edir.
Maliyyə fəaliyyətinin nəticələri və perspektivlər
25.06.2010
PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir. ...>>>

