Strateji risklər

Strateji riskin bank risklərinin digər növlərindən (məsələn, kredit, valyuta və ya hüquq riski, işgüzar nüfuzun itməsi riski və s.) fərqi, Bankın qeyri-mükəmməl idarə olunması və ya onlar tərəfindən strateji məqsəd və vəzifələrin düzgün müəyyən edilməməsi nəticəsində Bankın maliyyə itkilərinə məruz qalması mümkünlüyündən ibarətdir.

“PAŞA Bank” ASC-də strateji riskin idarə olunması sistemi aşağıdakı məqsədlərlə təşkil edilib:
- Bank tərəfindən, Bankın işgüzar nüfuzuna, onun bazardakı mövqeyinə zərər yetirə, və nəticədə, maliyyə itkilərinə səbəb ola bilən səhv, qeyri-effektiv və kifayət qədər ölçülüb-biçilməmiş strategiyanın (həm ümumi inkişaf strategiyasının, həm də ayrıca strateji qərarların) seçilməsi mümkünlüyünün minimuma endirilməsi;
- mümkün itkilərin azaldılması, bankın müştərilər və kontragentlər, təsisçilər,  maliyyə bazarı iştirakçıları, hökumət və yerli özünüidarəetmə orqanları, bank ittifaqları (assosiasiyaları) qarşısında işgüzar nüfuzunun qorunması və saxlanması;
- aparılan əməliyyatların idarəetmə keyfiyyətinin yüksəldilməsi hesabına onların səmərəliliyinin artırılması;
Bankla maliyyə münasibətlərinə daxil olmuş müştərilərin, səhmdarların və әmanәtçilәrin qanuni maraqlarının təmini.

Strateji riskin idarə edilməsi sisteminin yaradılmasının başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
- bankın məqsədlərinə və miqyasına uyğun olan mükəmməl və effektiv korporativ idarəetmə modelinin qurulması;
- bankın öz öhdəliklərinin yerinə yetirilməsi yolu ilə, Bankın ədalətli işgüzar nüfuzunun yaradılması, tənzimləyici orqanların tələblərinin yerinə yetirilməsi, eləcə də, işgüzar etiket normalarına, peşəkar fəaliyyət qaydalarına və standartlarına riayət olunması;
- bankın fəaliyyətinin bütün mərhələlərində maraqların toqquşmasının istisna edilməsi.

Strateji riskin idarəolunması sisteminin qurulması zamanı Bank aşağıdakı başlıca üsullardan istifadə edir:
- təsisçilərə (iştirakçılara), müştərilərə və kontragentlərə, tənzimləyici və nəzarət orqanlarına və digər maraqlı şəxslərə təqdim olunan, o cümlədən reklam məqsədləri ilə, mühasibat hesabatlarının və nəşr olunan digər məlumatların doğruluğuna nəzarət;
- bankda mövcud olan informasiyadan belə informasiyanı əldə etmək imkanı olan şəxslərin şəxsi məqsədləri üçün istifadə etməsinə yol verməyən və eyni zamanda belə informasiyanın qərarların qəbul edilməsi üçün zəruri olduğu şəxslər tәrәfindәn vaxtında, tam və etibarlı şəkildə əldə olunması imkanı verən informasiya təminatının və kargüzarlığın ümumi bank sisteminin işlənib-hazırlanması;
- bankın fəaliyyəti ilə bağlı daha vacib məsələlər üzrə qərarların qəbul edilməsi zamanı kollegiallıq prinsipinə riayət olunması və bu prinsipin normativ təminatı;
- bankın idarə edilməsi proseslərində iştirak edən bölmələr arasında cavabdehliyin müəyyən edilməsi və hədd qoyulması prinsipinə əməl olunması.

Strateji riskin idarəolunması sisteminin təşkilinin ümumi prinsipləri aşağıdakılardır:
- strateji riskin yol verilәn münasib səviyyəsinin aşkar edilmәsi, qiymətləndirilməsi və təyin olunması qaydasının, strateji riskin monitorinqi qaydasının müəyyən edilməsi;
- strateji riskin münasib səviyyədə saxlanması üzrə tədbirlərin görülməsi, o cümlədən riskə nəzarət və (və ya) riskin azaldılması;
- strateji riskin idarəolunması məsələləri barədə informasiyanın Müşahidə Şurasına, icra orqanlarına, kredit təşkilatının bölmələrinə və qulluqçularına təqdim olunması qaydasının müəyyən edilməsi;
- Müşahidə Şurası, icra orqanları, kredit tәşkilatının bölmələri və qulluqçuları arasında strateji riskin idarəolunmasının başlıca prinsiplərinin həyata keçirilməsi baxımından səlahiyyətlərin və cavabdehliklərin bölüşdürülməsi;
- strateji riskin idarəolunmasının effektivliyinə nəzarətin həyata keçirilməsi.

Strateji riskin idarəolunması sisteminin təşkili üç əsas istiqamətdən ibarətdir:
- risk amillərinin yaranmasına yol verilməməsi üzrə tədbirlər sistemi (qabaqlayıcı tədbirlər);
- risk amillərinin aşkar edilməsi, təhlili və qiymətləndirilməsi üzrə tədbirlər sistemi (cari tədbirlər);
- optimallaşdırma, o cümlədən aşkar edilmiş risk amillərinin aradan qaldırılması üzrə tədbirlər sistemi (sonrakı tədbirlər).

Strateji riskin münasib səviyyəsinin aşkar edilməsi, qiymətləndirilməsi və təyin edilməsi məqsədi ilə Bank tərəfindən strateji riskin aşkar edilməsi və qiymətləndirilməsi Metodu işlənib hazırlanmışdır.

Strateji riskin aşkar edilməsi və qiymətləndirilməsi məqsədi ilə bölmələrin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi «Strateji risklərin idarə edilməsi Siyasəti» ilə müəyyən edilmiş onların funksiyaları, eləcə də, Bankın fəaliyyətinin idarə olunması prosesindəki funksional vəzifələri, vəzifə təlimatları və rolları çərçivəsində həyata keçirilir.

Strateji riskin idarəolunması prinsiplərinin işlənib hazırlanmasına və tətbiqinə cavabdehlik Bankın nizamnaməsində müəyyən edilmiş sәlahiyyәtlәrә müvafiq olaraq, Müşahidə Şurasının üzərinə düşür.

Bank üçüncü şəxslərin qulluqçuların hüquqa zidd əməllərə cəlb edilməsi ilə bağlı fəaliyyətlərinin qarşısının alınması üçün mühafizə tədbirləri sistemini təşkil edir.

Strateji riskin azaldılması üzrə effektiv təhlilin aparılması və tədbirlərin görülməsi məqsədi ilə Bank öz fəaliyyət istiqamətlərinə müvafiq olaraq, strateji riskdən yaranan itkilər barədə, itkilərin həcmi, onların yaranma səbəbləri və ödənilməsi metodları ilə bağlı məlumatları, eləcə də, riskin artması faktorları ilə bağlı məlumatları əks etdirən analitik məlumat bazası yaradır və saxlayır.

Bank və onun rəhbərləri barədə meydana çıxmış bütün informasiyanın monitorinqini, həmin informasiyanın onun işgüzar nüfuzuna təsirini qiymətləndirmək məqsədi ilə həyata keçirilir, eləcə də, bu informasiyanın hüquqi baxımdan qiymətləndirilməsini yerinə yetirilir.

Strateji riskin idarəolunması sisteminə daxil edilən bölmələrə aşağıdakılar aiddir:
- Müşahidə Şurası;
- İdarə Heyətinin Sədri və onun müavinləri;
- kollegial icra orqanları (İdarə Heyəti, Komitələr və s.);
- Risklərin idarə edilməsi Departamenti;
- Təhlükəsizlik Departamenti;
- İnsan resursları Departamenti;
- Komplaens nəzarət qrupu.

Maliyyə fəaliyyətinin nəticələri və perspektivlər

25.06.2010

PAŞA Bank ötən 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələrini dərc etmiş və Azərbaycan bankçılıq bazarının iri və güclü korporativ bankı kimi bankın mövqeyinin möhkəmləndirilməsi üzrə atılacaq əlavə addımları göstərmişdir. ...>>>