PAŞA Bank korporativ müştərilərə əmək haqqının ödənilməsi üçün plastik kartlar təqdim edir. Əmək haqqı kartı vasitəsi ilə dünyanın hər yerində nağd pulun çıxarılması, ödənişlərin və sifarişlərin həyata keçirilməsi mümkündür.
PAŞA Bankın əmək haqqı kartının sahibləri Azərbaycan ərazisindəki istənilən ATM-dən heç bir xidmət haqqı tutulmadan pul çıxara bilərlər. Əmək haqqı kartları korporativ müştəri tərəfindən sifariş edilə bilər, lakin kartın növünü (Maestro, və yaxud Visa Electron) korporativ müştərinin işcisi özü təyin edir. Belə kartların etibarlılıq müddəti iki ildir. Kart hesabı yerli valyutada açılır və kart hesabına daxilolmalar yalniz şirkətin cari hesabından mümkündür.
Eyni zamanda əmək haqqı plastik kartlarına Bank tərəfindən aylıq xalis əməkhaqqının 25%-i məbləğində overdraft xətti açıla bilər. Overdraft limiti çərçivəsində istifadə edilmiş məbləğ avtomatik olaraq kart sahibinin növbəti əməkhaqqından çıxılır. Əmək haqqının qalan hissəsi isə əməkhaqqı kartının hesabına koçürülür.
Əmək haqqı kartlarını sifariş etmək üçün korporativ müştəri Banka müraciət etməli və müvafiq sənədləri doldurmalıdır. Əmək haqqı kartları üç iş günü ərzində hazırlanır və müştəriyə təqdim edilir.
http://www.pashabank.az/static,59/lang,az/