PAŞA Bank
İçindəki

Korporativ müştərilərə
Müxbir hesablar
"PAŞA Bank", banklararası biznes çərçivəsində müxbir hesabların açılması üzrə xidmətlər təqdim edir.
Müxbir hesabın açılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- nizamnamə və ya onun notarial qaydada təsdiqlənmiş surəti;
- dövlət qeydiyyatı haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- imza və möhür nümunələri vərəqəsi (2 nüsxədə, notarial qaydada təsdiq edilmiş);
- təşkilatın rəhbərinin təyin olunması haqqında əmrin surəti;
- təşkilatın baş mühasibinin təyin olunması haqqında əmrin surəti;
- təsis müqaviləsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti (təsisçilərin sayı birdən artıq olduqda);
- səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hesabın açılması üçün ərizə;
- bank müqaviləsinin surəti;
- Mərkəzi Bank tərəfindən verilmiş bank lisenziyası (notarial qaydada təsdiqlənmiş surəti);
- bankın səlahiyyətli nümayəndələrinin Mərkəzi Bankda attestasiyadan keçməsi haqqında sənəd (notarial qaydada təsdiqlənmiş surəti).

