Brendimizin fəlsəfəsi, şirkətin mövqeyini, mədəniyyətini, ənənə və dəyərlərini əks etdirərək, müştərilərlə iş münasibətlərimizi formalaşdırır. PAŞA Bankın fəlsəfəsi 3 əsas dəyər üzərində qurulub:
Dürüstlük və şəffaflıq. Həyat dəyişir, yaşadığımız ölkə inkişaf edir. Dəyişilməz olaraq yalnız hər varlıqdan üstün tutduğumuz insani dəyərlər qalır – dürüstlük, saflıq, şəffaflıq. Buna görə məhz həmin keyfiyyətlər hər zaman bankımızın vizit kartı olub və olacaq.
Yüksək səviyyə və keyfiyyət. Məhdud Müştəri dairəsinə hədəflənərək, şirkətimizin prestijini, bazarda lider mövqeyimizi uca tutur və ən yüksək beynəlxalq standartlara uyğun maliyyə servisləri təqdim edirik. Öz işimizdə ən qabaqcıl bank və informasiya texnologiyalarına əsaslanaraq dəyişkən bazar tələblərinə çevik reaksiya veririk və missiyamıza sadiq qalaraq, onları maksimal effektiv sürətdə ödəməyə çalışırıq.
Peşəkarlıq və individual yanaşma. Bankın müştəri siyasəti uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılmasına və inkişaf etdirilməsinə istiqamətlənir. Bu o deməkdir ki, biz hər zaman Müştərilərimizlə əl-ələ verib addımlamağa, həyatın ən müxtəlif anlarında onlara dəstək olmağa, maliyyə və pul axını ilə bağlı istənilən məsələnin həllində peşəkar yardım göstərməyə hazırıq.
Müştərilərimizə bütün bank servislərini təqdim etməklə yanaşı, onlara fərdi yanaşır, xüsusi tələb və istəklərini təmin edən individual xidmətlər də təklif edirik. Peşəkar menecment, yerli və beynəlxalq qurumlarla yaradılan möhkəm əlaqələr, güclü maliyyə və texniki baza – bütün bunlar Bankımızın sabitlik və etibarlılığının zəmanətidir.
Dəyərlərimizin vizual konsepsiyası loqotipin rəng qammasında öz əksini tapır. Təbiətdə enerji və alov rəmzi sayılan qırmızı rəng bankımızın lider mövqeyini, gücünü və aktivliyini əks etdirir. Həyat, yenilənmə, əbədi gənclik simvolu olan yaşıl rəng isə sabaha inam, pozitiv dünyagörüşü, hər zaman məqsədə nail olmaq və mükəmməlliyə hədəflənmək deməkdir.
Qədim mədəni ənənələr, mənəvi dəyərlər və müasir təfəkkürün, tarixi keçmişin və bugünümüzün simvolu olan loqotip, fəlsəfəmizin əsas ideyasını – yeni reallığın yaradılması ideyasını - özündə əks etdirir.
http://www.pashabank.az/static,33/lang,az/