PAŞA Bank
İçindəki

Karyera
“PAŞA Bank” ASC seçdiyi strategiyaya əsasən öz əməkdaşlarının fərdi inkişafı əsasında yüksək peşəkar işçi komandası yaratmaq siyasətini aparır. Bankın kadr siyasətinin əsas məqsədi kifayət qədər universal bacarıqlı, öz gündəlik vəzifələri ilə yanaşı bankın bütün fəaliyyət sahələrinə dair geniş anlayışa malik olan komandanın yaradılmasıdır. Bank öz strategiyasına əsasən hər bir əməkdaşın fərdi təşəbbüsü və yeni sahələrdə bilik əldə etməyə hazır olmasını yüksək qiymətləndirir, əməkdaşlarla iş zamanı onların bu sahələrdə biliklənməsi üçün olan ehtiyacları nəzərə alınır.
"PAŞA Bank" ASC Sizə yüksək peşəkarlar arasında, alicənab və mehriban mühitli kollektivdə işləmək imkanı verir. Bank Sizin professional potensialınızın reallaşmasına olduqca geniş imkanlar yaradır. Belə ki, Bank tərəfindən hər bir əməkdaş üçün individual inkişaf planı tərtib edilir. Bu plana müvafiq olaraq, əməkdaş bank hesabına sertifikatlaşdırılmış yerli və xarici professional treninq mərkəzlərində təhsil alır, dil və bilik səviyyəsini artırır. Rəqabətə yararlı yüksək məvaciblə yanaşı, Bank öz işçiləri üçün bonus və mükafat sistemini tətbiq edir, onların idmanla məşğul olmalarını, əlavə bilik almaları üzrə xərcləri ödəyir.

