Fərid Azər oğlu Axundovİdarə Heyətinin Sədri 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib. 03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb. 10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb. 30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
|
| 11 yanvar 1972-ci ildə anadan olub. Ali təhsilini 1989-1997-ci illərdə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında alıb. 05.1992-08.1992-ci illərdə "Xəyal Bank" KB-da Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində, 08.1992-04.1996-cı illərdə "Qaraqaya bank" KB-da Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi, sonralar isə baş mühasib vəzifəsində, 04.1996-04.2002-ci illərdə "Aqrobank" SB-da baş mühasibin müavini, İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb. 04.2002-08.2002-ci illərdə "Zamin Bank" JKB-da Kredit Departamentinin direktor müavini, 08.2002-03.2003-cü illərdə "Qafqaz İnkişaf Bankı" BKB-da Maliyyə Kredit Departamentinin direktoru, Müştərilərə xidmət Departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini olaraq fəaliyyət göstərmişdir. 09.2003-05.2006-ci illərdə "Texnikabank" KB-nın "Avtoinvest" filialının müdiri vəzifəsində, 09.2006-10.2007-ci illərdə "KapitalBank"-nın 1 saylı Nəsimi rayon filialının müdiri vəzifəsində çalışıb. 16.10.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışır.
|
| 17 iyul 1973-cü ildə anadan olub. Ali təhsilini 1990-1995-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsalat Proseslərinin Avtomatlaşdırılması" fakültəsində alıb. 1993-cü ildə Beynəlxalq Təşkilati İnkişaf Assosiasiyasının Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu yanında Beynəlxalq Biznes Məktəbini menecer ixtisası üzrə fərqlənmə ilə bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq əlaqələr fakültəsində iqtisadçı ixtisasına yiyələnib. 15.05.1995-30.07.2007 illərdə Azərbaycan Milli Bankında Əməliyyat İdarəsində iqtisadçı, Valyuta tənzimlənməsi və nəzarəti departamentində iqtisadçı və aparıcı iqtisadçı, Hesablaşmalar departamentinin SWIFT qrupunun rəhbəri, AMB-nın strukturunun dəyişməsi ilə əlaqədar Ödəniş sistemləri və Hesablaşmalar departamentinin baş iqtisadçısı vəzifəsində çalışıb. 01.08.2007-ci il tarixindən isə "PAŞA Bank" ASC-nin Əməliyyat Departamentinin direktoru vəzifəsində çalışır.
|
| 12 aprel 1982-ci ildə anadan olub. Ş.Məmmədov 1998-2002-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsində bakalavr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2004-cü illər ərzində eyni fakültənin magistr şöbəsində təhsil alan Ş.Məmmədov magistr fərqlənmə diplomu almışdır. 02.03.2010-ci il tarixində İqtisad üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. Evlidir, bir övladı var. Ş.Məmmədov 01.09.2003-cü il tarixindən 17.01.2005-ci il tarixədək "Yapı Kredi Bank Azerbaycan" QSC-də mühasib, Baş mühasibin müavini, 17.01.2005-ci il tarixindən 30.06.2009-cu il tarixədək "Deloite & Touche" Məhdud Məsuliyyət Auditor Cəmiyətində auditor köməkçisi, 3-cü dərəcəli audit köməkçisi, Baş auditor mütəxəssisi, audit üzrə menecer vəzifələridə çalışıb. Ş.Məmmədov 01.07.2009-cu il tarixindən etibarən "PAŞA Bank" ASC-də Maliyyə menecmenti Departamentinin Direktoru vəzifəsində çalışır, 18.05.2011-ci il tarixindən İdarə Heyətinin üzvüdür.
|
| 11 sentyabr 1983-cü ildə anadan olmuşdur Ali təhsilini 2000 - 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır. 2006-cı ildə MBA dərəcəsi almışdır (Azərbaycan Dövlət Neft Akademiyası). Peşəkar fəaliyyətə 2001-ci ildən başlamışdır. 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləmişdir. 09.2006-cı ildən 01.2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 01.2007-ci ildən 07.2007-ci ilədək "FinEko" İAA-nın Baş direktoru vəzifəsini tutmuşdur. 07.2007-ci ildən Taleh Kazımov "PASHA Bank"-da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlamışdır, 08.2009-ci ildən isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. Taleh Kazımov 07.12.2011-ci ildən "PASHA Bank"-ın İdarə Heyətinin üzvü seçilmişdir.
|
http://www.pashabank.az/static,14/lang,az/