PAŞA Bank
İçindəki

İctimai fəaliyyət
PAŞA Bank gənc qəhrəmanları mükafatlandırdı
19.01.2012
Yanvarın 16-da Avropa liseyinin akt zalında 11 yanvar 2011-ci il tarixində baş vermiş qəza zamanı kiçik məktəb yoldaşlarının məktəbdən evakuasiyasında aktiv iştirak etmiş şagirdlərin təntənəli mükafatlandırma mərasimi keçirildi
...>>>
Beynəlxalq Uşaq Muğam Festivalı
19.10.2011
2011-ci il oktyabr ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Paşa Bankın baş sponsorluğu, Respublika Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi 3-cü Beynəlxalq Uşaq Muğam festivalı finalçıların yekun konserti keçirilmiş və qaliblərin mükafatlandırılması ilə uğurla başa çatmışdır
...>>>
PAŞA Bank öz sosial cavabdehlik proqramı çərçivəsində növbəti layihə həyata keçirmişdir.
Esse yarışmasının final mərhələsinə çıxmış iştirakçıların mükafatlandırılması mərasimini keçirmişdir
17.06.2011
"PAŞA Bank" ASC Norveç Səfirliyi ilə birlikdə "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir?" mövzusunda keçirilmiş esse yarışmasının final mərhələsinə çıxan iştirakçıların mükafatlandırılması mərasimini keçirmişdir. ...>>>
ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi və Junior Achievement Azərbaycan təşkilatı “Məktəblinin Biznes Günü” tədbiri keçirdilər
10.06.2011
Gənc sahibkarlar üçün nəzərdə tutulmuş JA “Məktəbli Şirkətlər” layihəsinin 75 iştirakçısı May ayıının 24-ü “Məktəblinin Biznes Günü” tədbirində bir araya gəldi. Tədbir ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi və Junior Achievement Azərbaycan təşkilatının birgə səyilə həyata keçirilmişdir ...>>>
“Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir” mövzusunda keçirilən esse yarışmasının final mərhələsi
10.06.2011
09.06.2011-ci il tarixində İSR Plaza biznes mərkəzinin Araz zalında "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir" mövzusunda keçirilən esse yarışmasının final mərhələsi keçirilmişdir. ...>>>
Bədii Gimnastika üzrə Avropa Çempionatı
19.05.2009
Azərbaycanda bədii gimnastika üzrə nüfuzlu yarışların keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu, respublikamızda idmanın və Olimpiya hərəkatının sürətli inkişafı və Azərbaycanın dünya idman mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir.
İctimai-aktiv təşkilat olaraq bu siyasəti dəstəkləyən “PAŞA Bank” ASC Bakıda Bədii Gimnastika üzrə keçirilən XXV Avropa Çempionatının sponsorlarından biri oldu. Bankımız Çempionat üçün xüsusi olaraq Tamaşaçı Rəğbəti nominasiyasını təsis etdi. Bu, Azərbaycan Gimnastika Federasiyasının gerbi şəklində ağ və qara brilliantlardan hazırlanan zinət əşyasıdır ...>>>
Fikrət Əmirov – simfonik muğamın incisi
05.04.2009
“PAŞA Bank” ASC-nın dəstəyi ilə Azərbaycan mədəniyyətinin klassiki Fikrət Əmirovun simfonik muğam əsərlərindən ibarət toplusu buraxılmışdır.
"Muğam aləmi" beynəlxalq festivalı Bakıda ilk dəfə olaraq 18-25 mart 2009-cu il tarixində keçirildi. Bu festival İtaliya, Suriya, İraq, İran, Çin, Mərakeş, Özbəkistan, Misir və əlbəttə ki, Azərbaycandan olan ifaçıları öz ətrafında topladı. Yeddi gün ərzində tamaşaçılara bu müstəsna xalq musiqisinin bütün istiqamət və janrları təqdim edildi.
“Muğam Aləmi” festivalının açılış günü qonaq və iştirakçılara məşhur bəstəkar Fikrət Əmirovun simfonik muğam əsərlər toplusu təqdim edildi. Üç diskdən ibarət bu toplu “PAŞA Bank” ASC-nın təşəbbüsü ilə hazırlanaraq buraxılmışdır ...>>>