Prayvit Bankinq

PAŞA Bank müxtəlif beynəlxalq mükafatlarla təltif edilmiş Private Banking bölməsinə malikdir. 2010-cu ildə fəaliyyətə başlamış PAŞA Private Banking yüksək gəlirli müştərilərə aktivlərin effektiv idarə edilməsi istiqamətində maliyyə xidmətləri göstərir.

Bank seçilmiş beynəlxalq tərəfdaşlar qrupu ilə əməkdaşlıq edərək müştərilərə sərmayələrin idarə edilməsi, daşınmaz əmlakın alınması, tibbi xidmətlər, təhsil və sair sahələrdə mövcud olan ən münasib həlləri təqdim edir.

Fəaliyyətinin beynəlxalq səviyyədə tanınan yüksək keyfiyyəti ilə, PAŞA Private Banking müştərilərin həm maliyyə, həm də qeyri-maliyyə ehtiyaclarını qarşılayan ən münasib yerdir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın ”Port Baku” Biznes Mərkəzinə, Private Banking internet saytına və ya (994 12) 464 05 55 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.