01/09/2017

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Euromoney maliyyə  jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı  bankı” adına layiq görülmüşdür. Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award of Excellence mükafatının  möhtəşəm təltif etmə mərasimində  açıqlanmışdır. 2017-ci ildə PAŞA Bank ilə yanaşı Raiffeisen Bank, BNP Paribas, Commerzbank və digər aparıcı maliyyə  təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafat alanlar sırasında olmuşdur.   

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə ekspert  icması tərəfindən fəaliyyətimizin yüksək  qiymətləndirilməsi və nailiyyətlərimizin beynəlxalq səviyyədə  tanınması Bank üçün böyük əhəmiyyət kəsb edir.

«Belə bir mötəbər mükafatın təltif edilməsi geniş təcrübəyə, peşəkar ekspertizaya və həm yerli, həm də regional bazarlar  haqqında dərin biliklərə malik maliyyə təşkilatı olaraq PAŞA  Banka olan etimadın bariz nümunəsidir. Bu isə öz  növbəsində son illərdə regionda müşahidə olunan  makroiqtisadi çağırışlar fonunda PAŞA Bankın və onun müştərilərinin dayanıqlı mövqeyinin rəhnidir. Fürsətdən istifadə edərək Euromoney ekspertlər icmasının  mötəbər mükafatına layiq görülməyimiz ilə  nəticələnmiş təqdirəlayiq fəaliyyətə görə Bankın  kollektivinə təşəkkür edirəm”, deyə T.Kazımov fikrini yekunlaşdırmışdır.

Qeyd edək ki, Euromoney maliyyə jurnalı 1967-cı ildən dərc olunur və  təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində  müxtəlif ölkələrdə bank sektorunun və maliyyə  təşkilatlarının fəaliyyətinin təhlili əsasında  qəbul edilir.