11/08/2017

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank son zamanlarda ölkəyə turist axınının artmasını nəzərə alaraq və onların maneəsiz valyuta mübadiləsi xidmətlərindən bəhrələnməsinə töhfə vermək məqsədilə yeni valyuta mübadilə şöbəsini müştərilərin istifadəsinə vermişdir.

Bulvar Otelində yerləşən yeni valyuta mübadiləsi şöbəsi bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 18:00-dək ölkə turistlərinə və paytaxt sakinlərinə xidmət göstərmək üçün fəaliyyət göstərir.