14/04/2017

Aprelin 14-də "İdeya Qazandı" işgüzar televiziya müsabiqəsinin növbəti çəkilişlərinə start verildi. Gənclərə öz ideyalarını həyata keçirmək imkanı qazandıran layihə Azərbaycanın ən iri banklarından biri - PAŞA Bankın dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində yeni başlayan sahibkarlar öz ideyalarını və işlərini biznesin müxtəlif sahələrini təmsil edən beş investor qarşısında təqdim edir. Ən maraqlı və potensial gəlirli layihələrin müəlliflərinə pul mükafatı verilir və onlara investor tərəfindən əməkdaşlıq təklifi edilir.

Birbaşa investisiya almaqla yanaşı bir çox gənc öz biznesini tanınıb, mövcud müştəri bazasını artırıb, həmçinin verilişdə iştirak edən 4 gənc investor tərəfindən işə qəbul edilib, 7 gənc isə veriliş efirə getdikdən sonra digər investorlar tərəfindən maliyyələşdirilib.

Qeyd edək ki, gənc sahibkarlar PAŞA Bank və uğurlu biznes sahibləri kimi böyük şirkətləri və maliyyə təsisatlarını təmsil edən investorlar qrupundan mənbə kapitalını təmin etmək üçün müvafiq ideyalarını bu maraqlı televiziya formatda 2013-cü ildən ortaya qoyurlar. Proyekt boyunca 3 mövsümdə 29 gəncin biznes layihəsinə qarşılıqsız maliyyə investisiyası yatırılıb. Bundan əlavə ümumi 240 gəncə tanınmış təlimçilər tərəfindən 3 mərhələli invensiv biznes üzrə təlim kursu keçirilib. Ümumi olaraq, bu günə kimi verilişdə iştirak üçün ümumi olaraq 4.000-dən çox müraciət ərizəsi qəbul edilib.

"İdeya Qazandı" işgüzar fəaliyyət sahəsində nou-hau səviyyəsini və gənclər arasında etik davranış mədəniyyətini artırmaqla sahibkarlıq, kiçik və orta müəssisələri inkişaf etdirmək məqsədinə qulluq edir.