20/02/2017

PAŞA Bank Mastercard sahibləri üçün "PAŞA Bank Mastercard kartı ilə daha çox ödə və Kann 2017 Festivalına səyahət qazan. Həyatının ən unudulmaz günlərini yaşa" kampaniyası 17 Aprel (daxil olmaqla) 2017-ci il tarixinədək keçiriləcəkdir.

Belə ki, Kann Film Festivalı dünyanın ən məşhur kino festivallarından biri olaraq hər ilin may ayında keçirilir. Bu festival dünyanın ən məşhur aktyor, prodüser və ulduzları tərəfindən ziyarət edilir və tədbirə giriş yalnız dəvətnamə ilə olacaqdır.

Kampaniyanın paketinə daxildir (2 nəfərlik):

• Qırmızı xalı ziyarəti və film seyri
• 3 gün / 2 gecə oteldə qalmaq
• Limuzində otelə və aeroporta transfer
• Kann terrasında foto-çəkiliş
• Premium restoranlarda nahar və şam yeməkləri
• Geyim və makiyaj xidməti
• Arxa səhnəyə tur

 Şərtlər:

• Minimum 100 AZN /USD/EURO/GBP məbləğində əməliyyat (kartın valyutasından asılı olaraq)
• Maksimum sayda əməliyyat

Qalib iştirakçı kampaniya müddətində Mastercard kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkdir.
Məlumat üçün bildiririk ki, qalib iştirakçı və onu müşayiət edən şəxsin açıq Şenqen Vizası olmalıdır.

Aşağıdakı əməliyyatlar kampaniyada iştirak etmir:

• Depozit kart hesabı vasitəsi ilə əməliyyatlar;
• ATM vasitəsi ilə əməliyyatlar, nağdlaşdırma və mədaxil əməliyyatları;
• Hesablar arası pul köçürmələri, fiziki və korporativ müştərilərin vergi ödəmələri;
• Alış veriş zamanı imtina əməliyyatları;
• Lotereya biletlərinin alışı, oyun və kazino əməliyyatları, səyahət çekləri, istiqraz və qiymətli metalların alışı və onların onlayn əldə edilməsi

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya (994 12) 496 50 00 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.