Bank Kartları

PAŞA Bank müştərilərə dünyanın 200-dək ölkəsində istifadə olunan MasterCard və VISA beynəlxalq ödəniş sistemlərinin bank kartlarını təqdim edir. Bank təklif etdiyi kartlar üzrə müştərilərə əlavə xidmətlər və imkanlar təqdim edir.

PAŞA Bank müştərilərin ehtiyaclarını və istəklərini nəzərə alaraq münasib kartların seçimi üçün tam məsləhət dəstəyi göstərməyə hazırdır.

Məvacib (Əməkhaqqı) Kartları

Məvacib (əməkhaqqı) kartı şirkət tərəfindən əməkdaşlarına məvaciblərin, mükafatların və bu kimi ödəmələrin həyata keçirilməsi üçün istifadə olunan kartdır.

Gömrük Kartı

Gömrük Kartı yalnız Azərbaycan Respublikasının ərazisində gömrük terminallarında vergilərin və rüsumların ödənilməsi üçün istifadə edilir.

Corporate Card

Corporate Card şirkətin biznes fəaliyyəti ilə bağlı rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan kredit kartıdır.

FLEXI / PayPass Card

PAŞA Bank cari müştərilərinə (əməkhaqqı kart istifadəçiləri və s.) şəxsi ehtiyaclarla bağlı istifadə üçün FLEXI Card və FLEXI PayPass Card məhsullarını təqdim edir.

Premium Card

Premium Card PAŞA Bank-da xidmət olunan şirkətlərin sahiblərinə və rəhbərlərinə şəxsi məqsədlərlə bağlı istifadə üçün təqdim edilən kredit kartıdır.

 

 

 

Bank kartları üzrə əlavə xidmətlər:

SMS Məlumatlandırma xidməti

Ödəniş kartı üzrə aparılan bütün əməliyyatlar haqqında mobil telefona dərhal SMS məlumat almaq imkanı

Ödəniş kartların təhlükəsizliyi

Bizim birinci dərəcəli vəzifəmiz pullarınızı etibarlı şəkildə saxlamaqdır.

Sizin PAŞA Ödəniş Kartınıza dələduzluqdan və oğurluqdan qorumağa imkan verən bir sıra faydalı mühafizə elementləri daxildir.

3D Secure xidməti

Kart ilə internetdə əməliyyatlarının təhlükəsizliyi üçün "3D Secure" xidməti

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.