Business Card şirkətin biznes fəaliyyəti ilə bağlı rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan debet kartıdır.

Business Card Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kart ilə nağd pul vəsaiti çıxarmaq imkanını təqdim edir.

Kartın üstünlükləri

- Şirkətdə ezamiyyə və nümayəndəlik xərcləri, avia və sair biletlərin alışı, oteldə otaq sifarişi, avtomobil icarəsi, kommunal, rabitə və digər təsərrüfat xərclərinin ödənişi daha rahat və operativ həyata keçirilir;
- Ödənişlərin mühasibat uçotu və ödənişlərə nəzarət daha asan və effektiv formada həyata keçirilir, mühasibatlıq sahəsində iş yükü azalır;
- Ödənişlər üzrə nağd pul əməliyyatları azalır, hər ödəniş üçün nağd pulun istənilməsi və ödənişdən sonra nağd pul qalığının geri qaytarılması, nağd ödənişlər barədə hesabatın verilməsi və nəzarətlə bağlı çətinliklər və psixoloji narahatçılıqlar yaranmır;
- Rəhbər şəxslər və əməkdaşlar biznes fəaliyyəti ilə bağlı xərclərini öz şəxsi xərclərindən rahat və dəqiq ayırmaq imkanı əldə edir;
- Dünyanın 200-dək ölkəsinə ezamiyyə zamanı nağd pul vəsaitinin gömrük məntəqələrində bəyan edilməsinə ehtiyac qalmır, xaricdə nağd pul vəsaitinin təhlükəsiz saxlanması və digər valyutaya çevrilməsi çətinlikləri yaranmır;
- Ofisdən və ya günün istənilən vaxtı digər yerdən İnternet şəbəkəsində kartla rahat ödəniş imkanı yaranır, yola vaxt sərfi və əlavə kağız işləri aradan qalxır.

Debet rejimində işlədiyi üçün Business Card vasitəsilə yalnız kart hesabında olan vəsait qalığı çərçivəsində əməliyyatlar həyata keçirmək olar. Eyni biznes məqsədli ödənişlər üçün kredit xətti ilə təqdim edilən Corporate Card barədə burada tanış ola bilərsiniz.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Kartın şərtləri

Kartın növü Visa Business və MasterCard Business
Kartıq qiyməti (xidmət haqqı) 30 AZN/USD/EUR/GBP
Kartın müddəti 3 il
Kart hesabının valyutası AZN/USD/EUR/GBP
Kart üzrə əlavə xidmətlər Card-to-Card
SMS Banking
PİN Change
24/7 təcili bloklaşdırma