Bizim birinci dərəcəli vəzifəmiz pullarınızı etibarlı şəkildə saxlamaqdır.

Sizin PAŞA Ödəniş Kartınıza dələduzluqdan və oğurluqdan qorumağa imkan verən bir sıra faydalı mühafizə elementləri daxildir.

Kredit kartının qorunması

•  Çip və PIN
Çip və PIN bütün dünyada geniş yayılmış ən etibarlı ödəniş yoludur. Mallara görə imza atmaq əvəzinə, sizdən yalnız karta məlum olan 4 rəqəmli Şəxsi Təyinat Nömrənizi daxil etməniz tələb olunacaq.

•  Kartın doğruluğunun yoxlanması kodu (CVC)
Hər bir kartın fərqli qoruyucu xüsusiyyəti olan CVC kartın arxasında yazılan (adətən, imza zolağında) 3 rəqəmli nömrədir. Əməliyyatlar zamanı ondan istifadə etməklə, siz əməliyyatın qanuniliyinin başqa bir yolla müəyyən edilməsini təmin etmiş olursunuz.

•  PAŞA Bankın Təminatı
PAŞA Bank sizi satınalmaların onlayn həyata keçirilməsi üçün istifadə oluna bilən etibarlı birdəfəlik parolla təmin edir.

• Dələduzluq
Sizin debit/kredit kartınızda hər hansı dələduzluq əməliyyatından şübhələndiyimiz təqdirdə, bunun yoxlanması üçün sizə telefonla zəng edəcəyik və bu barədə xəbərdarlıqları birbaşa sizin mobil telefonunuza göndərəcəyik.

•   Riskli ölkələr
Hər kartda çip olmasına baxmayaraq, bəzi ölkələrdə borc öhdəliklərinin çip kartla yerinə yetirilməsinə keçid qaydası (Chip Liability Shift Program ) hələ də qəbul edilmir. Pullarınızın təhlükəsizliyinə zəmanət vermək məqsədi ilə, PAŞA Bank əlavə tədbirlər görmüş və yüksək riskli regionlarda/ölkələrdə bütün əməliyyatları qapatmışdır. Kartınızdan yüksək riskli regionlarda/ölkələrdə istifadə etməli olacağınız halda, bizimlə öncədən telefon əlaqəsi saxlamanızı xahiş edirik.

Plastik Kartlarla fırıldaqçılığın və dələduzluğun qarşısının alınması

Son vaxtlar ABŞ, Latın Amerikası, Karib,Asia və Sakit Okean regionları ərazilərində, saxta plastik kartlarla dələduzluq hallarının sayının artması müşahidə olunur.

 

Bununla əlaqədar, müştəriləri bu kimi risklərdən qorumaq və kartların təhlükəsizliyini artırmaq məqsədi ilə, PAŞA Bank sözügedən regionların ərazilərində kartlar vasitəsi ilə aparılan nağdsız və nağd vəsaitlərin çıxarılması üzrə əməliyyatlara blok qoyulmasını qərara almışdır. Qeyd edilən ölkələrin ərazisində plastik kartlar vasitəsi ilə aparılan nağdsız əməliyyatların və nağd vəsaitlərin çıxarılması üzrə təyin olunmuş məhdudiyyət, müştərinin yazılı müraciətinə əsasan silinə bilər.

Ölkələrin tam siyahısını buradan yükləyə bilərsiniz.