Mobil əlavə

PAŞA Bank Android (Play Market) və iOS (App Store) əməliyyat sistemlərində olan telefon və planşet istifadəçiləri üçün yeni Mobil Bank Əlavəsini təqdim edir.

Bu Mobil Bank Əlavəsi banka gəlmədən öz şəxsi profilinizdən PAŞA Bank ödəniş kartları vasitəsi ilə aşağıdakı bank əməliyyatlarını həyata keçirmək fürsəti yaradır:

• Əməliyyatlar üzrə kart hesablarından çıxarışlar və balans haqqında ətraflı məlumat əldə etmək;
• Digər bankların ödəniş kartları vasitəsi ilə PAŞA Bank kartlarına mədaxil etmək;
• Bank kartlarını bloka salmaq və ya blokdan çıxarmaq;
• Bank kartları vasitəsi ilə müxtəlif istiqamətlərdə ödənişləri həyata keçirmək (kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s.);
• Digər bank kartlarına köçürmə əməliyyatlarını həyata keçirmək (kartdan karta);
• Bank kartlarında SMS məlumatlandırma xidmətini aktivləşdirmək, telefon nömrəsini dəyişmək və ya xidməti dayandırmaq;
• Birbaşa Əlaqə Mərkəzinə zəng etmək, Banka elektron məktub göndərmək və ya internet səhifəsinə daxil olmaq.
Əlavə olaraq, proqram vasitəsi ilə istənilən sayda və istənilən bank tərəfindən buraxılmış kartları şəxsi profilə əlavə etmək və kart məlumatlarını (məhsulun növü, kartın nömrəsi, istifadə müddəti və s.) əldə etmək mümkündür.
• PAŞA Bank kredit məhsulları ilə tanış olmaq və onlara müraciət etmək
• PAŞA Bank kreditlərini ödəmək
• PAŞA Bank kreditlərini əvvəlcədən ödəmək

Android əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://play.google.com/store/apps/details?id=az.pasha.mobilebank

iOS əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://itunes.apple.com/az/app/pasha-mobile-bank/id1139683794

Ödənişlər
Mobil operatorlar
Kommunal ödənişlər
Dövlət rüsumları
Bank/Kredit ödənişləri
Telefon, İnternet, Kabel TV
Taksi
SMS məlumatlandırma
Xidmətə qoşulmaq
Nömrəni dəyişmək
Xidməti dayandırmaq
Köçürmələr
Öz kartlar arasında köçürmə
Digər kartlara köçürmə
Çıxarışlar
Müxtəlif dövr ərzində
Əməliyyat növləri üzrə
Ödəniş növləri üzrə
7/24 rejimində dəstək
Bizim Əlaqə mərkəzimiz geniş məlumat xidmətlərini göstərir
Bloklaşma/blokdan azad etmə
Kartı bloka salmaq
Kartı blokdan azad etmək
Təhlükəsizlik
Bütün məlumatlar PCI DSS standartına uyğun olaraq saxlanılır.
Şablonlar
Əvvəlcədən yaradılmış şablonlar növbəti ödənişlərinizi və pul köçürmələrinizi tez və rahat şəkildə həyata keçirməyə imkan verir.
PAŞA Bank kredit
Kreditə müraciət Kreditin ödənişi
Kreditin əvvəlcədən ödənişi

 

Tez-tez verilən suallar

Ödəniş etmək olmur. Nə etmək lazımdır?

Əlavə nə qədər təhlükəsizdir?

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.