Müştərilərin əlavə maliyyələşməyə ehtiyacının təmin edilməsi üçün PAŞA Bank fəaliyyətinin əsas istiqamətlərindən olan İnvestisiya Bankçılığı sahəsində geniş xidmətlər təqdim edir. Bank şirkətinizin istiqrazlarının buraxılması və idarə olunması prosesinin təşkili üzrə aşağıdakı istiqamətlərdə xidmətlərini təklif edir:

• Anderraytinq
• Marketmeykinq

Anderraytinq

Bankın qiymətli kağızlarını dövriyyəyə buraxan şirkət (emitent) adından çıxış etməsi, investorları cəlb etməsi və qiymətli kağızları bazarda yerləşdirməsi anderraytinq prosesi adlanır.

PAŞA Bank anderrayter xidməti aşağıdakı prosesləri əhatə edir:

1. Şirkətin tələblərinin müəyyən olunması;
2. Şirkətin imkanlarının və maliyyə təhlillərinin həyata keçirilməsi;
3. Buraxılacaq istiqraz həcminin və satış qiymətinin müəyyənləşdirilməsi üçün təhlillərin və məsləhətləşmələrin həyata keçirilməsi;
4. Emissiya (istiqraz buraxılışı) üçün sənədləşmənin həyata keçirilməsi və prosesin izlənilməsi;
5. Tələbin toplanması və yerləşdirmənin həyata keçirilməsi;
6. Yerləşdirilən istiqrazların nəticələrinin təhlili, müvafiq hesabatların tərtib olunması, gələcək addımların müəyyənləşdirilməsi üçün məsləhətlərin təqdim olunması.

Anderraytinqin üstünlükləri:

- Şirkətlər kapital bazarlarına çıxış nəticəsində istiqrazlar vasitəsilə daha aşağı faizlə daha böyük kapital cəlb edə bilir.
- Müştərilər qiymətli kağızların buraxılışı prosesinin hər mərhələsində PAŞA Bankın peşəkar komandasının məsləhətlərindən yararlana bilir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Marketmeykinq

Bankın fond bazarında müştərinin qiymətli kağızlarını idarə etməsi marketmeykinq prosesi adlanır. PAŞA Bank müştərinin adından çıxış edərək fond bazarında maksimal gəlirin əldə olunması üçün qiymətli kağızların idarəçiliyini təmin edir.

PAŞA Bank marketmeyker xidməti aşağıdakı prosesləri əhatə edir:

1. İstiqraz satışının həyata keçirilməsi və bazar tələbinin yaradılması;
2. Yerləşdirilən istiqrazların nəticələrinin təhlili, müvafiq hesabatların tərtib olunması, gələcək addımların müəyyənləşdirilməsi üçün məsləhətlərin təqdim edilməsi.

Marketmeykinqin üstünlükləri

- Şirkətin istiqrazlarının likvidliyi artır.
- Yerli bazarda qiymətli kağızların alış və satış qiymətlərinin Bakı Fond Birjasının internet səhifəsində əks olunması gündəlik təmin olunur.
- Beynəlxalq bazarlarda qiymətli kağızların alışı və satışı üçün istifadə olunan Bloomberg və ya Reuters sistemlərində əks olunması gündəlik təmin olunur.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.