PAŞA Bank yerli və beynəlxalq fond bazarlarında qiymətli kağızların alışı və satışı sahəsində müştərilərə REPO və Əks REPO xidmətlərini təklif edir.

REPO əməliyyatları

REPO qiymətli kağızın geri alınmaq öhdəliyi ilə bağlanan satış əqdidir. İstiqraz sahibinin qısa müddətli əlavə vəsaitə ehtiyacı yarandıqda, portfelində olan istiqrazları digər tərəfə satışı barədə, razılaşdırılmış müddətdə və qiymətlə (faizlə) geri alınma öhdəliyi ilə, bağlanan əqddir.

REPO əməliyyatlarının üstünlükləri

• Portfeldəki istiqrazları girov qoyaraq vəsait cəlb edə bilməsi
• Likvidliyin yüksək olması
• Faiz gəlirinin qazanılması
• Kredit faizlərindən daha sərfəli maliyyələşmə (ucuz vəsait) əldə etmək imkanı
• İstiqrazları tamamilə satmayaraq likvidlik ehtiyacının qarşılanması
• Bir investordan asılılığın olmaması

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Əks REPO əməliyyatları

Əks REPO qiymətli kağızın geri satılma öhdəliyi ilə razılaşdırılmış alış əqdidir. Qısa müddətli izafi likvidlik yarandıqda, əlavə vəsaitə ehtiyacı olan tərəfin təklif etdiyi istiqrazlara investisiya edərək razılaşdırılmış müddətdən sonra və qiymətlə (faizlə) geri satma öhdəliyi ilə bağlanan alış əqdidir.

Əks REPO əməliyyatlarının üstünlükləri

• İstəyə uyğun planlaşdırılması və vəsait axınının tənzimlənməsi
• Gəlirliliyin əvvəlcədən müəyyən edilməsi
• Heç bir qiymət dəyişikliyinin gəlirliyə təsir etməməsi
• Bir iştirakçıdan asılılığın olmaması
• Dövlət və korporativ istiqrazlarla aparılması

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.