PAŞA Bank kart sahibləri pul vəsaitlərinin, zinət əşyalarının, sənədlərin və sair qiymətlilərin etibarlı saxlanılması üçün müştərilərə bank seyfləri xidmətini təqdim edir.

PAŞA Bankın təqdim etdiyi seyflərdən istifadə qiymətli əşyaların oğurluq, yanğın və digər bu kimi hallardan etibarlı mühafizəsini təmin edir.

Bank seyflərinin ölçüləri və şərtləri

PAŞA Bank kart sahiblərinə aşağıdakı cədvəldə göstərilən müxtəlif ölçülü seyflərdən istifadə imkanını təqdim edir.

Seyfin ölçüləri (mm.)
Kiçik ölçülü: 85 x 250 x 350
110 x 250 x 320
Orta ölçülü: 105 x 250 x 350
110 x 250 x 430
110 x 250 x 440
110 x 250 x 425
150 x 250 x 320
Böyük ölçülü: 275 x 250 x 350
270 x 250 x 320
280 x 250 x 425
280 x 250 x 430
290 x 250 x 440

Müştəri bank seyfini bir ay, altı ay və bir ilədək müddətə icarəyə götürə bilər. Bank seyfindən istifadə üçün Bank və Müştəri arasında müvafiq müqavilə imzalanır.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Bank seyflərinin üstünlükləri

- Bank seyflərinin yerləşdirildiyi xəzinə peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur
- Bank seyfinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidinin açarı müştərinin özündə saxlanılır və həmin açar olmadan bank seyfini açmaq mümkün deyil
- Bank seyfində saxlanılan qiymətlilər barədə hər-hansı bir məlumatın açıqlanması tələb edilmir

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.