PAŞA Bank Android (Play Market) və iOS (App Store) əməliyyat sistemlərində olan telefon və planşet istifadəçiləri üçün yeni Mobil Bank Əlavəsini təqdim edir.

Bu Mobil Bank Əlavəsi banka gəlmədən öz şəxsi profilinizdən PAŞA Bank ödəniş kartları vasitəsi ilə aşağıdakı bank əməliyyatlarını həyata keçirmək fürsəti yaradır:

• Əməliyyatlar üzrə kart hesablarından çıxarışlar və balans haqqında ətraflı məlumat əldə etmək;

• Digər bankların ödəniş kartları vasitəsi ilə PAŞA Bank kartlarına mədaxil etmək;

• Bank kartlarını bloka salmaq və ya blokdan çıxarmaq;

• Bank kartları vasitəsi ilə müxtəlif istiqamətlərdə ödənişləri həyata keçirmək (kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s.);

• Digər bank kartlarına köçürmə əməliyyatlarını həyata keçirmək (kartdan karta);

• Bank kartlarında SMS məlumatlandırma xidmətini aktivləşdirmək, telefon nömrəsini dəyişmək və ya xidməti dayandırmaq;

• Birbaşa Əlaqə Mərkəzinə zəng etmək, Banka elektron məktub göndərmək və ya internet səhifəsinə daxil olmaq.

Əlavə olaraq, proqram vasitəsi ilə istənilən sayda və istənilən bank tərəfindən buraxılmış kartları şəxsi profilə əlavə etmək və kart məlumatlarını (məhsulun növü, kartın nömrəsi, istifadə müddəti və s.) əldə etmək mümkündür.

Mobil Bank Əlavəsindən yararlanmaq üçün proqramı mobil cihazınıza yükləyin və qeydiyyatdan keçin. Bunun üçün proqramın müvafiq pəncərəsində məlumat xanalarını doldurun və mobil telefonunuza daxil olan birdəfəlik şifrə (OTP) ilə təsdiq edin.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.