Maliyyə İnstitutları

PAŞA Bank Azərbaycanda və beynəlxalq arenada fəaliyyət göstərən Maliyyə İnstitutlarına müxbir hesabların açılması, hesablaşma əməliyyatları, ticarətin maliyyələşdirilməsi, valyuta əməliyyatları və sair sahələrdə əməkdaşlıq təklif edir.

Yüksək reytinqi və beynəlxalq tərəfdaşları şəbəkəsi sayəsində PAŞA Bank həm regional, həm də yerli bazarda fəaliyyət göstərən maliyyə institutlarına (banklar, kredit təşkilatları və s.) beynəlxalq bazarlara çıxışı və maliyyə əməliyyatları sahəsində bir çox imkanlar təqdim edir.

PAŞA Bank ilə əməkdaşlığın üstünlükləri:

• PAŞA Bank Azərbaycanda, eləcə də Gürcüstanda fəaliyyət göstərən PAŞA Bank Gürcüstan və Türkiyədə açılması gözlənilən PAŞA Bank Türkiyə törəmə bankları sayəsində beynəlxalq şəbəkə təşkil edir, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradır;
• Beynəlxalq əməkdaşlıq və müxbir hesablar şəbəkəsi sayəsində beynəlxalq bazarlara çıxış və maliyyə əməliyyatları sahəsində geniş imkanlar təmin edir;
• Azərbaycanda korporativ və investisiya bankçılığı sahəsində güclü mövqeləri müştərilərin və tərəfdaşların maliyyə ehtiyaclarını uğurla qarşılamağa imkan verir;

PAŞA Bankın təcrübəli və peşəkar mütəxəssisləri Maliyyə İnstitutların istəklərinə fərdi qaydada yanaşaraq ən məqsədəuyğun həlləri təklif edir.

Müxbir hesablar

Müxbir hesabların açılması və hesablaşmar.

Valyuta Mübadilə Əməliyyatları

Əlverişli şərtlərlə valyuta mübadiləsi.
Daha ətraflı məlumat üçün PAŞA Bankın ”Bridge Plaza” ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya fi@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.