PAŞA Bank pul vəsaitlərinin, zinət əşyalarının, sənədlərin və sair qiymətlilərin etibarlı saxlanılması üçün müştərilərə bank seyfləri xidmətini təqdim edir.

PAŞA Bankın təqdim etdiyi seyflərdən istifadə qiymətli əşyaların oğurluq, yanğın və digər bu kimi hallardan etibarlı mühafizəsini təmin edir.

Bank seyflərinin üstünlükləri

- Bank seyflərinin yerləşdirildiyi xəzinə peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur
- Bank seyfinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidinin açarı müştərinin özündə saxlanılır və həmin açar olmadan bank seyfini açmaq mümkün deyil
- Bank seyfində saxlanılan qiymətlilər barədə hər-hansı bir məlumatın açıqlanması tələb edilmir

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Bank seyflərinin ölçüləri və şərtləri

PAŞA Bank müştərilərə aşağıdakı cədvəldə göstərilən müxtəlif ölçülü seyflərdən istifadə imkanını təqdim edir.

Seyfin ölçüləri (mm.)
Kiçik ölçülü: 80 x 300 x 400
110 x 300 x 400
110 x 250 x 320
110 x 250 x 440
Orta ölçülü: 210 x 300 x 400
150 x 250 x 320
Böyük ölçülü: 410 x 300 x 400
270 x 250 x 320
290 x 250 x 440

Müştəri bank seyfini 1 aydan 3 ilədək müddətə icarəyə götürə bilər. Bank seyfindən istifadə üçün Bank və Müştəri arasında müvafiq müqavilə imzalanır.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.