Korporativ Kreditləşmə

PAŞA Bank korporativ müştərilərə, həmçinin kiçik və orta biznes sahəsində fəaliyyət göstərən şirkətlərə və fərdi sahibkarlara kreditlər təklif edir. Bankın peşəkar menecerləri hər bir müştərinin ehtiyaclarını və imkanlarını fərdi qaydada nəzərə alaraq münasib şərtlərlə kredit almaq imkanını təklif edir. Kreditlər həm manat, həm də ABŞ dolları və avro ilə verilə bilər.

Cari hesab üzrə Overdraft

Qısa müddətlərə dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşməsi üçün overdraft xətti

Kredit Xətti

Biznes ehtiyacları ilə bağlı qısamüddətli və ya mütəmadi tələb olunan maliyyələşmə üçün kredit xətti

Korporativ Kreditlər

Biznesin genişlənməsi, yeni layihələrin və cari tələbatının maliyyələşməsi üçün kredit

Sahibkarlığa Kömək Milli Fondu hesabına kreditlər

Dövlət proqramı çərçivəsində investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi

İTİDF hesabına kreditləşmə

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün güzəştli kreditlər

Kənd Təsərrüfatının maliyyələşdirilməsi (Aqrokreditlər)

"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" layihəsi üzrə Kənd Təsərrüfatının maliyyələşdirilməsi

Maliyyə təşkilatları üçün kredit proqramı

Maliyyə mənbələrinin genişlənməsi və müştərilərinin maliyyələşdirilməsi üçün kredit proqramı

 

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.