Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı nəticəsində yaradılmış "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində PAŞA Bank kənd təsərrüfatının maliyyələşdirilməsini həyata keçirir.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi layihəsi üzrə PAŞA Bank aşağıdakı aqrokreditləri təqdim edir:

• investisiya kreditləri (manat, və ABŞ dolları ilə verilir)
• qısa müddətli dövriyyə vəsaitlərinin artırılması kreditləri (manat və ABŞ dolları ilə verilir)
• dəyər zəncirinin maliyyələşdirilməsi (manat və ABŞ dolları ilə verilir)

İnvestisiya kreditləri

Məhsulun təyinatı   • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi, rəqabətliliyin artırılmasını dəstəkləyən investisiya qoyuluşları
• Qida məhsullarının təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə avadanlıq və proseslərin müasirləşdirilməsi
• Bazara çıxışın yaxşılaşdırılması və istehsalda innovasiya, keyfiyyət və təhlükəsizliyin təmin edilməsi
 Kreditin məbləği  50 000 - 500 000
 Kreditin valyutası  AZN, USD
 Kreditin müddəti  24 aydan 84 ayadək
 Kreditin güzəştli müddəti  6 ayadək
 Faiz dərəcəsi  Fərdi razılaşma əsasında
 Kreditin verilməsinə görə komissiya  Fərdi razılaşma əsasında
 Ödəniş cədvəli  Annuitet (aylıq bərabər ödənişlər) və ya xüsusi qrafik

Qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi

Məhsulun təyinatı  İnnovativ maliyyə xidmətlərinin tətbiqi, bazar əlaqələrinin və dəyər zəncirinin dəstəklənməsi, istehsalın əvvəlcədən maliyyələşməsi və mövsümi kreditlər ilə bağlı dövriyyə vəsaitlərinin dəstəklənməsi 
 Kreditin məbləği  50 000 - 1 000 000
 Kreditin valyutası  AZN, USD
 Kreditin müddəti  24 ayadək
 Kreditin güzəştli müddəti  6 ayadək
 Faiz dərəcəsi  Fərdi razılaşma əsasında
 Kreditin verilməsinə görə komissiya  Fərdi razılaşma əsasında
 Ödəniş cədvəli  Annuitet (aylıq bərabər ödənişlər) və ya xüsusi qrafik