Ölkənin və cəmiyyətin inkişaf səviyyəsini əks etdirən amillər sırasında informasiya və kommunikasiya texnologiyaların yaradılması, tətbiqi və inkişafı mühüm yer tutur.

PAŞA Bank informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün şirkətlərə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına güzəştli kreditlər təklif edir.

Maliyyələşdirilən istiqamətlər:

• İnnovativ layihələrin həyata keçirilməsi
• İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində məhsullarının istehsalı
• Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
• Proqram təminatı vasitələrinin yaradılması
• İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
• İKT sahəsində digər xidmətlərin göstərilməsi (İnternet üzərindən göstərilən xidmətlər)

Maliyyələşmənin şərtləri:

Kredit növü Məbləğ Müddət
Kiçik həcmli kreditlər 10 000 – 50 000 AZN 3 ilədək
Orta həcmli kreditlər 50 001 – 500 000 AZN 5 ilədək
Böyük həcmli kreditlər 500 001 – 5 000 000 AZN 10 ilədək


Kreditin faiz dərəcəsi: Maksimum 5% illik
Kreditin verilməsinə görə komissiya: razılaşma əsasında
Ödəniş qaydası: annuitet və ya xüsusi qrafik
Güzəşt müddəti: razılaşma əsasında