Ölkədə sahibkarlığın davamlı inkişafı və əhalinin sosial rifahının yaxşılaşması mühüm əhəmiyyət kəsb edir.

PAŞA Bank bu inkişaf prosesinə dəstək məqsədilə mikro-maliyyələşdirmə sahəsində fəaliyyət göstərən təşkilatlar üçün maliyyə mənbələrini genişləndirmək və müştərilərinin maliyyələşdirilməsini artırmaq imkanı yaradan kredit proqramını təqdim edir.

Kredit proqramından aşağıdakı şirkətlər və təşkilatlar istifadə edə bilər:

- Bank Olmayan Kredit Təşkilatları
- Kredit İttifaqları
- Lizinq Şirkətləri

Üstünlük verilən layihələr

Proqram çərçivəsində davamlı inkişaf məqsədlərini dəstəkləyən layihələrə üstünlük verilir:

• Kənd təsərrüfatı (regionların və yerli icmaların inkişafına yönəlmiş layihələr, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə dəstək olan layihələr);
• Ətraf mühit və enerji effektivliyi (alternativ enerji, bioyanacaq, su və külək enerjisinin istehsalı);
• İstehsal (yerli istehsala dəstək olan və onun rəqabətliliyini artıran layihələr, idxalın əvəzedilməsi və ya ixracın gücləndirilməsi istiqamətində layihələr)
• Kiçik sahibkarlıq (ailə biznesləri, qadın iş adamlarının biznesləri və s.)
• Yerli bələdiyyələrin layihələri (tullantıların idarə olunması, şəxsi ev təsərrüfatlarına məxsus su quyularının laborator yoxlanması, yaşıllaşdırma və abadlaşdırma xidmətləri və s.)

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Mikro-maliyyə təşkilatına dair digər tələblər

 

• Ən azı 2 il üçün beynəlxalq standartlara uyğun audit olunmuş maliyyə hesabatlarının və nüfuzlu audit şirkətinin rəyinin olması
• Hər maliyyə ili üçün audit olunmuş maliyyə hesabatlarının növbəti ilin ikinci rübünün sonuna qədər hazır olması
• Son 3 il ərzində başqa maliyyə təşkilatlarından götürülmüş öhdəliklər üzrə gecikmə halının olmaması
• Təşkilatın ümumi kapitalının təşkilatın aktivlərinə nisbətinin 25%-dən az olmaması
• PAŞA Banka qarşı cəmi öhdəliklərin 2 000 000 (iki milyon) manatdan və təşkilatın kapitalının iki mislindən artıq olmaması
• Monitorinq üçün tələb olunan sənədlərin təqdim olunması (maliyyə hesabatları, kredit portfeli üzrə məlumat, gecikən kreditlər barədə məlumat və s).

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.