Overdraft qısa müddətlərə korporativ müştərilərə dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşədirilməsi üçün kredit məhsuludur.

Overdraft müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Bu qaydada əməliyyatların keçirilməsi üçün PAŞA Bank müştərilərinə overdraft limiti təqdim edir.

Overdraft müştərinin təxirə salınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir, belə ki müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirmək üçün əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.

 

Xidmətin üstünlükləri

- Cari hesabda olan məbləğdən daha çox vəsaitin istifadəsi imkanı
- Bir dəfə sənədləşmə ilə müqavilənin müddəti ərzində overdraft limitindən mütəmadi tam və ya qismən istifadə imkanı
- Faiz dərəcəsinin overdraft limitinin yalnız istifadə edilmiş məbləğinə tətbiq olunması

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Əsas şərtlər

Overdraftın limiti Müştərinin cari hesabları üzrə dövriyyələrindən asılı olaraq razılaşma əsasında təyin olunur
Valyutası Overdraftın bağlı olduğu hesabın valyutasında
Müddəti Müştəri ilə razılaşdırılmış hər ayın müvafiq tarixinədək
Güzəşt müddəti 5 iş gününədək
Faiz dərəcəsi Razılaşma əsasında
Overdraftın açılmasına görə komissiya Razılaşma əsasında
Ödəniş qaydası Müştərinin cari hesabına vəsait daxil olduqca akseptsiz qaydada hesabdan silinir

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.