Faktorinq xidmətləri

Müasir dünyada şirkətlər arasında əməkdaşlıq və ticarət əlaqələri geniş yayılıb. Biznes fəaliyyətində dövriyyə vəsaitlərinin əhəmiyyətini nəzərə alaraq, hər bir istehsalçı və ya təchizatçı satdığı məhsul və xidmətlər üçün ödənişləri tez almaq, məhsul və xidmətləri alan şirkətlər isə ödənişləri bir müddət sonra həyata keçirmək istəyir.

Bu kimi hallarda dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə PAŞA Bank müştərilərə faktorinq xidmətlərini təklif edir. Bu xidmətlər vasitəsilə şirkətlər debitor və kreditor borclarının faktura dəyərinin 90%-dək məbləğində maliyyələşdirmə imkanı əldə edə bilər.

Faktorinq xidməti

Təchizatçı şirkətin dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə Alıcılara qarşı pul tələbi hüququnun Banka güzəşt etməsidir.

Əks Faktorinq xidməti

Alıcı (Borclu) şirkətin Təchizatçıları qarşısında öhdəliklərin ödənilməsi məqsədilə pul tələbinin Bank tərəfindən Təchizatçıya ödənilməsidir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya factoring@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.