Faktorinq xidməti - hüquqi şəxslərin və fərdi sahibkarların (Təchizatçı) dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə Alıcılara (Borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) Banka (Faktor) güzəşt etməsidir.

Faktorinq xidmətindən digər şirkətlərə (Alıcılara) məhsullarını və xidmətlərini satan şirkətlər (Təchizatçı) istifadə edə bilər. Faktorinq xidməti müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə həlli ola bilər.

PAŞA Bank müştərilərinə beynəlxalq ticarət əməliyyatları zamanı ixrac və idxal (import və eksport) faktorinqi xidmətlərindən faydalanmaq imkanını təklif edir. 

Xidmətin üstünlükləri

• Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin tez əldə olunması
• Dövriyyə vəsaitlərinin artımı, əlverişli şərtlərlə maliyyələşmə
• Uzun müddətə razılaşdırılmış ödəniş şərtləri və maliyyələşmə resursları
• Debitor borclarına və ödəniş şərtlərinə nəzarətin gücləndirilməsi
• Təchizatçı və Alıcı şirkətlər arasında etibarlı əməkdaşlığın dəstəklənməsi

Xidmətin şərtləri

• Müqavilənin müddəti - fərdi razılaşma əsasında
• Maliyyələşmə limiti - fərdi razılaşma əsasında
• Maliyyələşmənin valyutası - Azərbaycan daxilində manat ilə, ölkə xaricində tərəfdaşlar arasında müqavilənin valyutasında
• Faiz dərəcəsi və komissiya haqları - fərdi razılaşma əsasında

Əsas tələblər

• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında rəsmi müqavilə
• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında müəyyən vaxt mövcud olan kommersiya münasibəti
• Satıcı və Alıcının arasında olan müqaviləyə əsasən, satıcının bütün öhdəliklərinin yerinə yetirməsi
• Hesab faktura və müqavilə çərçivəsində tələb olunan digər sənədlər Banka təqdim edilməli